2020-ci il üçün 10 ən heyrətamiz texnologiyaları

Forbes tərəfindən hazırlanan, insan həyatına güclü təsir göstərə biləcəyi ehtimal edilən texnologiyaların siyahısını sizə təqdim edirik. 2020-ci il üçün heyrətamiz texnologiyaların qısa təsnifatı.


1. Peyklərin meqa-bürcləri

Planetimizin hər yerində yüksək sürətli internetin təmin edilməsi məqsədi peyklərin meqa-bürclərinin yaradılmasına təkan verdi. Peyklərin meqa-bürcləri Wi-Fi stansiyalara və mobil antenalara olan ehtiyacı aradan qaldırmaq üçün düşünülən bir həlldir. Dünyadakı hər bir insan üçün qlobal rabitənin təmin edilməsi məqsədilə yaradılacaq meqa-bürclər, planetimizin orbitində dövr edən süni peyklərin sayının artmasına (12 000 süni peyk) və eyni zamanda kosmik zibillərlə dolmasına səbəb olacaqdır. SpaceX, OneWeb, AmazonTelesat kimi sənaye liderlərini tənzimləyən bir sıra beynəlxalq normalar və qaydalar olmadan bu texnoloji yenilik xaosa çevrilə bilər.


2. Kiçik Süni İntellekt

Hazırda, bulud şəbəkə bağlantısına ehtiyac olmadan smartfonlarda və digər istehlakçı cihazlarda güclü Süni İntellekt alqoritmlərinin işləməsi mümkündür. Tədqiqatçılar Kiçik Süni İntellekti, biliyin distilləsi adlanan proses vasitəsilə, alqoritm funksionallığını və ya məhsuldarlıq sürətini itirmədən mövcud Süni İntellekt modellərinin ölçüsünü kiçiltməklə əldə edirlər. Süni İntellekt alqoritminin bulud bağlantısı olmadan smartfonlarda işləməsi, tələb-tapşırıqların nəticələrini ani olaraq əldə etməyə və məxfilik təhlükəsini aradan qaldırmağa imkan verir. Google, IBM, AppleAmazon bu texnologiyanın liderləridir.


3. Süni İntellekt tərəfindən aşkar etedilən molekullar

Alimlər, sağlamlığa əhəmiyyətli təsir göstərə biləcək molekulları aşkar etmək üçün Süni İntellektdən istifadə etməyə başladılar. Son zamanlar, güclü yeni antibiotik növünü təyin etmək üçün maşın-tədrisi tətbiq edilmişdir. İlk dəfə Süni İntellekt sıfırdan, tamamilə yeni növ antibiotik yarada bilmişdir. Yeni dərmanın aşkar edilməsi  çox bahalı prosesdir, çünki yararlı molekulların quruluşunu müəyyənləşdirmək asan iş deyil. Süni İntellekt milyonlarla molekulu tez və effektiv şəkildə təhlil etməyə imkan verir.


4. Kvant üstünlüyü

Kvant kompüterinin müasir kompüteri üstələməsi, yəni kvant üstünlüyünə çatması üçün çox güman ki, beş ildən on ilə qədər vaxt tələb olunur. Google şirkəti, hazırladıqları Sycamore kvant prosessoru ilə bu hədəfə çatdığını söylədi. Sycamore prosessoru, təsadüfi üsulla paylanmış əmsalların dəstini 3 dəqiqə 20 saniyədə təyin edə bildi, şirkətin sözlərinə görə, müasir kompüterdə bu tapşırıqları yerinə yetirmək üçün 10.000 il tələb olunacaq. Bunun təsir bağışlayan nailiyyətin olmasına baxmayaraq, mütəxəssislər, müasir kompüterin öhdəsindən gələ bilməyəcəyi problemləri həll edə biləcək kvant kompüterin ortaya çıxması üçün hələ illər (bəlkə də on illər) keçəcəyini etiraf etdilər.


5. İqlim dəyişikliyinin töhfəsi

Alimlərə, kompüterlərin hesablama gücünün artması, cəmiyyətimizə mənfi təsir göstərən hava hadisələrində iqlim dəyişikliyinin rolunu təyin etmə imkanı verir. Əldə edilən bilik, gələcək təbii fəlakətlərə necə hazırlaşmaq lazım olacağını anlamağa kömək edir. Dövlətlərin və ya korporasiyaların, səbəb olduqları iqlim dəyişikliyi nəticəsində sərt hava şəraitinin vurduğu ziyana görə məsuliyyət daşıması üçün dəlil ola bilər. Mülklərin məhvinə və insanların ölümünə səbəb olan hava fəlakətlərinin son zamanlar tez-tez baş verir. İqlim dəyişikliyinin töhfəsi, belə hadisələrin arxasında iqlim dəyişikliyi durması ilə bağlı çıxışlara və məhkəmə çəkişmələrinə imkan verir.


6. Qocalmaya qarşı dərmanlar

Cavanlıq bizdən uzaqlaşarkən, qocalmaya qarşı dərmanların tezliklə bazara çıxacağı vaxtlar yaxınlaşır. Müalicə olunmayan xəstəliklər, demensiya və ürək zəifliyi kimi bir çox fərqli xəstəliklər müalicə edilə və ya qarşısı alına bilməsi üçün yaşlanma prosesini yavaşlada bilmək lazımdır. Bunun üçün yeni dərmanlar, insan orqanizmin təbii yaşlanma prosesini hədəf alacaqdır. İnsan sınaqlarında bu dərmanlar artıq bir sıra uğur qazanmışdır.


7. Sındırılmaz İnternet

Son xəbərlərdən aydın olur ki, bu gün istifadə etdiyimiz internet, haker hücumlarına qarşı zəifdir. Alimlər və mühəndislər bu problemi aradan götürmək üçün, tamamilə sındırılmaz kvant interneti yaratmaq üçün çalışırlar. Sındırılmaz internet yaratmağa çalışan təşkilatlardan biri olan Delft Texnologiya Universitetinin, Delft və Haaqa arasında yaradılan kvant şəbəkəsinin tamamlanması gözlənilir. Kvant internetinin əsası kvant bağlantısıdır. İstifadəçilər kvant şəbəkədə olduqda, təcavüzkar tərəfindən əldə edilən məlumatları sındırmaq demək olar ki, mümkün deyil. (daha ətraflı burda oxuya bilərsiz)


8. Elektron pullar

Rəqəmsal valyutaların məzənnəsi artdıqca fiziki valyutanın istifadəsi azalır. Elektron pullar yalnız rəqəmsal formada mövcuddur və bu, maliyyə məxfiliyi üçün böyük perspektivlər yaradır. Ani əməliyyatlar kimi üstünlüklərlə yanaşı yeni vasitəçi ilə və ya ənənəvi vasitəçiləri olmadan əməliyyatlar bağlamaq imkanı da yaradır. Blockchain texnologiyasına əsaslanaraq və kriptovalyuta vəziyyətində olan məzənnə təklifləri mərkəzləşdirilməmişdir və müxtəlif mənbələrdən gələ bilər. Rəqəmsal valyuta texnologiyası qlobal maliyyə sisteminə mənfi təsir göstərə bilər.


9. Hiperpersonalizasiya müalicəsi

Təsəvvür edin ki, nadir xəstəlik və ya genetik mutasiya üçün xüsusi olaraq hazırlanmış dərman əldə etmək olar. Bu artıq yalnız təxəyyül deyil – artıq reallıqdır. Dərman hər hansı bir xəstənin xüsusi ehtiyaclarına uyğunlaşdırıldıqda, əvvəllər müalicə olunmayan xəstəliklərə qarşı daha effektli terapiyanı və ya tamamilə sağaldılmasını təmin edir. Hiperpersonalizasiya müalicəsi, sağaldıla bilinməyən xəstəliklərdən əziyyət çəkən bir çox insana ümid verəcəkdir.


10. Diferensial məxfilik

Diferensial məxfilik əhalinin siyahıyaalınmasında istifadə ediləcəkdir. Diferensial məxfilik təşkilatlara, insanların şəxsiyyətini gizlədərək onlar haqqında ümumi məlumat toplamağa və bölüşməyə imkan verir. Məqsəd, şəxsin məxfiliyinə zərər vermədən məlumatların ən çoxunu əldə etməkdir. Alimlər və ya verilənlər bazası rəhbərləri, diferensial məxfiliklə, insanlar haqqında ətraflı məlumatları əldə edə bilməyəcəklər. Diferensial məxfilik, təşkilatlara məxfilik məsələlərini həll etmək, həmçinin insanlar və korporasiyalar arasında etimad yaratmaq imkanı verir.

Recommended Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site is protected by reCAPTCHA and the Google Privacy Policy and Terms of Service apply.