Mobil telefonunuzdakı şəxsi məlumatların oğurluğundan necə qorunmaq olar

Hər gün siz, mobil telefonunuza daha çox informasiyalar əlavə edirsiniz. Smartfonunuz hər gün daha mükəmməl rəqəmsal təmsilçiyə çevrilir. Bank hesabları, sosial şəbəkə hesabları, şəkillər, hətta şifrə menecerləri və bütün bunlar, bir cihazda yerləşir.

Beləliklə, bu cihaz şəxsi məxfiliyinizə və şəxsiyyətinizə böyük risk yaratmağa başlayır. Təcavüzkarlar tərəfindən həyata keçirilmiş oğurluqdan sonra, şəxsi məlumatlarınız və daha artığı istifadə edilmiş ola bilər. Şəxsi məlumatlarınızın oğurluğu – ad, soyad, atanın adı, ünvan və s., sizi şəxsiyyət saxtakarlarının qurbanına çevirə bilər.


Smartfonunuzu oğurlanmaqdan qoruyun

Smartfonun köməyi ilə şəxsi məlumatların oğurluğunu minimuma endirmək üçün ilk addım, oğurluq prosesini çətinləşdirməkdir.

Başlanğıc üçün telefonunuzu avtomobilinizdə görünən bir vəziyyətdə qoyub getməyin.  Telefonunuzu avtomobilinizin əlcək qutusunda və ya digər çəkməcələrdə, ya da oturacağın altında gizlədin. Əgər gözdən kənar olarsa, təcavüzkarların hədəfi olmayacaq. Bu, həmçinin, şəxsi məlumatları saxlayan istənilən cihaza da aiddir.

Küçədə olanda telefonunuzu gözdən kənarda saxlayın. Cihazınızı əlinizdə saxlamayın; daxili ciblərdə yerləşdirin və ya çantanızın etibarlı cibində saxlayın. Telefonunuzu üzə çıxartmaq ehtiyacından qaçmaq üçün, zəng edərkən və ya zəngləri qəbul edərkən Bluetooth ilə qoşulan qulaqcıqlardan istifadə edin.

Siz, yəqin ki, küçədəki cinayətkarların telefonu oğurlamaq üçün istifadə etdikləri taktikalardan da xəbərdarsınız. Əsas nümunələr:

Onlar sizdən vaxtı soruşurlar. İlkin reaksiyanızın vaxtı yoxlamaq üçün telefonunuzu götürməyiniz olacaq, bununla da cihazınızın oğurlanması riskini artırmış olursunuz. Qol saatından istifadə edin və ya cavab vermədən yolunuza davam edin.

Heç nə hiss etmədən sıx bir yerdə sizi qarət edə bilərlər. Metroda pik vaxtı əsas nümunədir, insanlar qatarlara sıx şəkildə daxil olur və çıxırlar. Onlarla insan eyni zamanda sizi itələyir. Bu cibgirlərin oğurluğu üçün əla fürsətdir, buna görə telefonunuzu gözdən uzaq bir yerdə gizlədin.

Bu nümunələrin bir çoxu sizə adi görünsə də, bunları xatırlamaq vacibdir.


Smartfonunuzun sirlərini qoruyun

Telefonunuz oğurlandığı zaman, cihazda saxladığınız məxfi məlumatları oğru tərəfindən asanlıqla əldə edilə biləcəyinin qarşısını almağa çalışın. Telefonunuzu asanlıqla açılmaması üçün müxtəlif vasitələrdən və tətbiqlərdən istifadə edə bilərsiniz.

1. Telefonunuzu şifrləyin

Düzgün audentifikasiya olmadan məlumatların əldə edilməməsini təmin etmək üçün, telefonunuzda yaddaş diskini tam şifrləmə funksiyalarından istifadə edin. Bütün mobil platformalar şifrləmə seçimi ilə təchiz edilmişdir, buna görə də bu funksiyanı necə aktivləşdirə biləcəyinizi öyrənin. Unutmayın ki, telefonun şifrəsini unutmusunuzsa, şifrləmədən sonra məlumatları bərpa etmək mümkün deyil.

2. Təhlükəsiz audentifikasiya

Əksər telefonlar üz tanıma, barmaq izi skaneri və ya etibarlı şifrə daxil etmə imkanı təklif edir. Lakin dörd rəqəmli PİN kod və xətlər ilə çəkilən parol metodundan istifadə etməkdən çəkinin, çünki müəyyən vaxtdan sonra ekranda zəif görünən, lakin qalın iz qalır. Bundan istifadə edərək elə parolları təyin etmək çox asandır. Təhlükəsizliyi artırmaq üçün ən effektiv müdafiə, barmaq izindən istifadə etməkdir.

3. Tətbiq kilidi alətindən istifadə edin

Telefonunuz oğurlanarsa və giriş əldə edilərsə, bəzi tətbiqlər (məsələn, kontaktlar, elektron poçt, bulud diskləri və sosial şəbəkələr kimi) işə salındıqdan sonra sizə aid olan məxfi məlumatlar və sirləriniz asanlıqla ələ keçirləcəkdir. Tətbiq kilidi quraşdırıldıqda həssas tətbiqlər üçün fərdi şifrlər təyin etmək mümkündür. Yəqin ki, bu bəzi hallarda əlverişsiz ola bilər, amma ümumiyyətlə istifadə üçün təhlükəsizliyin yaxşı seçimidir.

4. Oğurluqdan müdafiə üçün proqram tətbiq edin

Müəyyən dəyişikliklərə diqqət yetirən alətlər oğurluq əleyhinə xəbərdarlıq siqnalını işə sala bilər. Məsələn, icazə olmadan telefon qidalandırıcı adapterdən çıxarılarsa, yeri dəyişərsə və ya SİM kart dəyişdirilərsə siqnal səsi işə salınır. Bu cür tətbiqlərdə, adətən xəbərdarlıq siqnalı söndürmək imkanı var. Hətta belə tətbiqlər, təyin edilmiş kontakta (və ya bütün əlaqə nömrələrinə) telefonun oğurlandığı barədə gizli halda bildiriş göndərə bilər.

5. Oğurlanmış telefonu aşkar edin və onun yaddaşını təmizləyin

Oğurlanmış telefondakı məlumatların uzaq məsafədən təmizlənməsi üçün Android sistemində Find My Device və iPhone smartfonlarında Find My Phone kimi xüsusiyyətlərdən istifadə edilə bilər. Həmçinin CerberusPrey kimi proqramlar vasitəsi ilə bunu etmək mümkündür, eyni zamanda telefonun kamerasından istifadə edərək cinayətkarın şəklini çəkmək olar. Əgər telefonunuz oğurlanarsa, məlumatları xüsusi veb səhifələrdən də istifadə edərək uzaq məsafədən məhv edə bilərsiniz.

Belə alətlərin hamısı telefonunuza icazəsiz girişdən qorumaq üçün istifadə edilə bilər. Bunlardan heç birini istifadə etmək istəmirsinizsə, ən azı diskin şifrlənməsindən və cihazın təmin etdiyi telefonu aşkarlama xüsusiyyətindən istifadə edin.


Telefondakı şəxsi məlumatların oğurluğundan xəbərdar olun

Mobil telefondakı şəxsi məlumatların oğurluğunun tamamilə başqa forması da var. Telefon hesabının oğurluğu sizin xəbəriniz olmadan adınıza bir mobil telefon alındıqda baş verir. Ola bilsin ki, bu növ dələduzluğun qurbanı oldunuz və ya ünvanınız başqa insanın adı ilə istifadə edilmiş olsun. Bu üstün kredit reytinqindən istifadə etməyə və telefon almaq üçün pulu əldə etməyə icazə verən adi taktikadır.

Telefon hesabıyla dələduzluq, zərər çəkmişin şəxsi məlumatlarının oğurlanması iki üsuldan biri ilə baş verir:

Dələduzlar Dark Veb veb-saytına daxil olaraq məlumat bazaları ilə tanış olur, zərər çəkmiş şəxsin hesablarını və məlumatlarını tam oğurlayaraq, lazım olan məlumatları alırlar. Sonra telefonun alınması üçün istifadə edirlər, həm də bütün hesabları zərər çəkmişin hesabları vasitəsi ilə ödəyirlər.

Fişinq, zərər çəkmişi aldadaraq şəxsi məlumatları əldə etməklə hesab açmaq üçün istifadə edilə bilər. Bundan sonra saxta identifikatorlar smartfonların satıcısına ötürülür və nəticədə dələduzlar tərəfindən telefonun alınması həyata keçirilir.

Siz şəxsi məlumatların oğurluğunun belə tipini asanlıqla aşkar etmək məcburiyyətindəsiniz. Hesab üzrə çıxarışın alınması zamanı mobil şəbəkə ilə əlaqə saxlayın və müqavilənin saxta olması haqda məlumat verin.

Telefonunuzu oğurluqdan qorumaqla, şəxsi məlumatlarınızın təhlükəsizliyini təmin etmiş olursunuz

Bir halda ki, şəxsi məlumatlarınızın çox hissəsi cibinizdə saxlanılır, riskləri anlamaq və telefonunuzun təhlükəsizliyini təmin etmək üçün tədbirlər görmək lazımdır.

İndiki vaxta tamamilə aydın olmalıdır ki, telefonunuzun müdafiəsi şəxsi məlumatların oğurluğu ilə mübarizədə əsas addım hesab edilir. Telefonunuzun heç vaxt oğurlanmayacağına, icazəsiz girişdən tamamilə qorunmasına, məlumatlarınızın oğurlanmayacağına və dələduzlar tərəfindən istifadə edilməyəcəyinə əmin olmaq üçün verilən tövsiyələrə əməl edin.

Mənbə: TechRadar

Recommended Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site is protected by reCAPTCHA and the Google Privacy Policy and Terms of Service apply.