“Nerd” nədir?

nerd_backg

Salam dost. Yəginki saytın adını ilk dəfə görəndə zənn etdin ki, bu sayt nərd və digər masaüstü oyunlar haqqındadır. Nərd özü ayrıca sayt hazırlanmasına layiq bir oyundur. Amma bu sayt nərd oyununa həsr olunmayıb, baxmayaraq ki, masaüstü oyunlar haqqında sözü gedən yazılar bu saytda da ola bilər.

“Nerd” stereotipi

Bu saytda “nerd” ingilis sözüdür – “nöd” və ya “nörd” kimi oxunur. İzahı: həddindən artıq intelektual, özünə qapanmış – introvert, alüdəçi və savad-biliyinə baxmayaraq ünsüyət bacarığı zəif bir şəxsdir. Yəgin ki, hamımız elə adamlara rast gəlmişik, ola bilsin ki, elə sən özün də o cür insansan. Məktəbdə eynəkli, kitab əlindən düşməyən, utancaq, əlaçı və əks cinslə danışmağa utanan oğlan ya qızlara rastlaşmısan. Çox vaxt da lağa səbəb olurlar, “kitab qurdu”, eynək gəzdirməsi şərt olmasa da “dörd göz” kimi adlandırırlar, çünki hamı kimi deyillər.

Belə adamlar sonralar böyüyüb dahi ixtiraçılara, alimlərə, proqramçılara, ya da dahi mühəndislərə çevrilə bilərlər.

Misal üçün tanıdığın “nerd” adamlar kimi Alan Turing, Bill Gates, Steve Wozniak, Linus Torvalds, Nikola Tesla, Elon Musk, Mark Zuckerberg… Albert Einstein, Tom Hanks və bir çox tanınmış adları çəkmık olar.

Əgər sən də müasir “nerd” kimi dünyada baş verən oyun, filimlər və texnologiya yenilikləri ilə maraqlanırsansa, deməli ünvana düz gəlmisən.

Sayt böyüdükcə rubrikaların sayı artacaq, bunun üçün sənin daimi marağın lazımdır!.

Recommended Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site is protected by reCAPTCHA and the Google Privacy Policy and Terms of Service apply.