Hamı tərəfindən səbirsizliklə gözlənilən Cyberpunk 2077 oyun haqqında video internetdə paylaşıldı. Bu video, oyun haqqında öz fikirlərini bölüşmək üçün bütün dünya müxbirlərinə təqdim olunan oyunun 4 saatlıq giriş hissəsinin 20 dəqiqəlik xülasəsidir.
CD Projekt RED studiyası reklam materiallarında əsasən oyunun giriş hissəsindən istifadə edir, oyunun qalan hissəsi buraxılışdan sonra oyunçuların ixtiyarına veriləcək.
Cyberpunk 2077 oyunu 19 Noyabr tarixində PS4, Xbox One və PC-də dərc olunacaq. PS5 və Xbox Series X üçün versiyalar 2021-ci ilə qədər təqdim olunmayacaq. Lakin gələcək nəsil konsollarda geriyə uyğunluq vasitəsi ilə indiki nəsil konsollar üçün buraxılan oyunu işə salmaq mümkün olacaq.