Apple, iOS cihazlarında xCloud və Google Stadia qadağan etdi

Microsoft şirkətinin xCloud oyun axını xidməti Apple platformasında uzun müddət ərzində sınaqlardan keçməsinə baxmayaraq, şirkətin cihazlarında mövcud olmayacaq.

Apple şirkətinin verdiyi məlumata görə, korporativ siyasətinə əsasən hər bir oyun ayrı-ayrılıqda yoxlama üçün təqdim olunmalıdır.

Business Insider nəşrində dərc olunmuş şərhdə, Apple şirkətinin nümayəndəsi qeyd edir ki, şirkətin siyasəti məhz müştərilərin səlahiyyətini qorumaq, proqramçılar üçün ədalətli və bərabər şərtləri təmin etməkdir.

Müştərilərimiz milyonlarla oyun istehsalçıların unikal tətbiqlərini və oyunlarını sevirlər. Oyun xidmətləri tamamilə App Store dükanında bir şərtlə mövcud ola bilər ki,  oyun istehsalçıların hər biri vahid qaydalara riayət etsinlər. Bu qaydalardan biri tələb edir ki, hər bir oyun ayrıca təqdim olunmalıdır, çartlarda və axtarış sistemlərində göstərilməsidir. Tərtibatçılar həmçinin App Store dükanından əlavə olaraq, Safari və digər brauzerlərin vasitəsi ilə bütün iPhoneiPad istifadəçilərini internet vasitəsi ilə əhatə edə bilərlər.

Apple şirkətini təmsilçisi vurğuladı.

Epic Games şirkətinin baş meneceri Tim Svini (Tim Sweeney), Apple şirkətinin qapalı ekosistem siyasətini açıq şəkildə tənqid etdi və şirkətin “metakainata qadağa” qoyması qərarına narazılığını bildirdi.

Apple şirkəti tərəfindən belə oyun axını xidmətləri tətbiqinin bir müddət ərzində təsdiq olunmaması artıq bəlli idi: xCloud xidməti iOS sistemində yoxlanışdan keçirilməsi,  Android ilə müqayisədə əhəmiyyətli dərəcədə məhdudlaşdırılmışdır. Maksimum 10000 istifadəçi üçün yalnız Halo: The Master Chief Collection oyunu təklif olunurdu.  Eyni zamanda, Android üçün tətbiqin test versiyasında 80-dən çox oyun təklif olunur.

Eyni səbəblərə görə, Google şirkətinin Stadia oyun axını xidməti həmçinin  iOS sistemində dərc olunmadı, baxmayaraq ki, oyun oynamaq mümkün olmadığına görə faydasız olan idarəetmə tətbiqi təsdiq edilmişdir.

Valve şirkətinin təqdim etdiyi Steam Link xidmətinin “lokal şəbəkə üzərində uzaqdan idarəetmə proqramı” olduğunu və oyun axını xidməti olmadığını söyləyərək App Store dükanında aldığı imtina qərarı ilə əlaqədar şikayət etməzdən əvvəl, eyni problemlərlə üzləşmişdi.

Oyun axını xidmətinin yavaş, lakin qaçılmaz inkişafını nəzərə alsaq, Apple şirkətinin uzun müddətli siyasətini davam etdirə biləcəyini ehtimal etmək olar.

xCloud 15 sentyabr tarixində rəsmi olaraq yalnız Android platformasında işə salınacaq.

Apple şirkətinin artıq bulud TV axın xidmətlərini təqdim etdiyini nəzərə alsaq, ehtimal var ki, şirkət sadəcə olaraq öz gələcək rəqiblərindən qurtulur. Apple şirkətinin korporativ axın oyun xidmətinin yaxın zamanda təqdim olunması həmçinin mümkündür. Qeyd edək ki, Apple şirkətinin oyun konsolu və ya platforması haqqında düşündüyünü söyləyən şayiələr uzun müddətdir ki, davam edir.

Nerd.az

Recommended Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site is protected by reCAPTCHA and the Google Privacy Policy and Terms of Service apply.