Bayonetta 3 oyunda vəziyyət “hələ də yaxşıdır”

Bayonetta 3 oyunu The Game Awards 2017 mükafatlandırma mərasimində elan edildi, lakin PlatinumGames studiyasının nümayəndələri oyun seriyasında ən çox gözlənilən oyunlarından biri haqqında çox həvəssiz danışırdılar. E3 2019 tədbirində, şirkətin baş direktoru və prodüseri Atsushi İnaba (Atsushi Inaba), “işlərin yaxşı getdiyini” söylədi və əlavə etdi ki, komandanın sükutu qəsdən edilən addımdır. “E3 tədbirində hər bir yeni elementi elan etmək, başlanğıc üçün ən ağıllı PR strategiyası deyil” – söylədi. “Lakin, heç nə göstərməməyimiz, işlərimizin çox yaxşı getmədiyi demək deyil. Yüksək keyfiyyətli oyun olacaq və bütün gücümüzü bunun üçün sərf edirik.”

Bu ilin yanvar ayında oyun seriyalının yaradıcısı Hideki Kamiya, pərəstişkarlarına “istehsal çox rəvan gedir” söylədi. GameXplain nəşrinə verdiyi yeni müsahibədə, “işlərin yaxşı getdiyini” təkrarən söylədi.

Evdən işləyirik və bu yeni iş metodunun uğurlu olması üçün əlimizdən gələni etməyə çalışırıq. Hazırda nəyisə proqnozlaşdırmaq hələ tezdir, amma düşünürəm ki, həqiqətən nə qədər uyğunlaşa biləcəyimizin göstəricisi, bilirsiniz – nəinki bu vəziyyətdə, həm də hər hansı bir vəziyyətdə, şirkət olaraq özümüzü necə doğrultmağımız olacaq və bu da bizim üçün üstələməli olacağımız bir çətinlikdir.

Pandemiyanın PlatinumGames studiyasının iş görməsinə təsirindən danışdı.

Bayonetta 3 oyunu Switch konsolu üçün istehsal olunur.

Recommended Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site is protected by reCAPTCHA and the Google Privacy Policy and Terms of Service apply.