Crysis Remastered oyunun video təqdimatı sızdı

    Crysis Remastered haqqında rəsmi olaraq oyun videoları yalnız iyulun 1-i nümayiş ediləcək, amma bu cür xırdalıqlar Xbox onlayn mağazası üçün vacib deyil və videoları, ekran görünütülərini, buraxılış tarixini və digər məlumatları öz saytında sızdırdı.

    Video, oyunun PC versiyasından yazılıb və qrafikada olan dəyişikliliyi görmək olur. Crysis Remastered oyunu CryEngine oyun mühərrikinin sonuncu versiyasında yenidən yığılıb. Yüksək ekran ölçüsündə olan teksturalar, Ray Tracing işıqlama sistemi, qabaqcıl sahənin dərinliyi və s. əlavələr edilmişdir.

    Nailiyyətlərin siyahısı da məlum oldu: Perfektsionistlər oyunu ən yüksək çətinlik səviyyəsində keçməli, eyni zamanda bütün əlavə tapşırıqları yerinə yetirməli və silahın bütün növlərindən istifadə etməlidir.

    Sızıntıya görə, Crysis Remastered oyunu bütün platformalarda 23 iyulda buraxılır. Oyunun ölçüsü 7 qiqabaytdır. Video təqdimat rəsmi olaraq iyulun 1-i saat 19:00-da göstərilcək.

    Recommended Articles

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    This site is protected by reCAPTCHA and the Google Privacy Policy and Terms of Service apply.