DIVINITY: ORIGINAL SIN II oyunu IPAD-də dərc olunacaq

    Son bir neçə gündə Apple, öz cihazları üçün proqram istehsalına marağı olan mühəndislər üçün WWDC konfransına ev sahibliyi etdi. Əsas təqdimat iyunun 22-də başa çatdı, lakin Apple təqdimatda olan videolarda bəzi maraqlı məqamları gizlətdi.

    Məsələn, iPad platforması üçün Divinity: Original Sin II – Definitive Edition oyunu buraxılacaq. Bu barədə, Metal API və Xcode 12 üzərində mühəndislik imkanları haqqında təqdimatı aparan Apple şirkətinin mütəxəssisi məlumat verdi. Bu video peşəkar məzmunlara həsr olduğundan oyun haqqında detallar açıqlanmadı. Aparıcı yalnız Divinity: Original Sin II — Definitive Edition oyunun “tezliklə” iPad-də görünəcəyini söylədi.  İlk dəfə olaraq Larian Studios bu planşetlər ailəsinə oyun dərc edəcək və bu da API-nin oyun gücünün mükəmməl şəkildə bir göstəricisi ola bilər.

    Konfransda oyunun IPhone versiyasından bəhs edilmədi. Divinity: Original Sin II – Definitive Edition oyunu Nintendo Switch üçün portlaşdırılıb, yəgin ki, son model telefonların oyun üçün gücü kifayyət qədərdir. Görünür, idarəetmə narahatlığına görədir. iPad böyük ekrana malikdir. iPhone cihazlarında ya interfeys əhəmiyyətli dərəcədə yenidən düzəldilməli, ya da əlavə olaraq qeympadlardan istifadə edilməldir. Apple, App Store-da yalnız qeympadlarla işləyən mobil təlimatlarını satmağa icazə vermir.

    Apple-ın video oyunlara marağı çox böyükdür: WWDC-də şirkət bu sahə ilə əlaqədar bir sıra yeniliklər elan etdi. Misal üçün, iOS 14 və iPadOS 14-də qeympadlar üçün geniş şəkildə dəstək təqdim edilir: sistemlər qabaqcıl Xbox Elite Series 2 və əlillər üçün xüsusi Xbox Adaptive Controller cihazlarını tanıya biləcək və dəstəkləyəcəkdir.

    Recommended Articles

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    This site is protected by reCAPTCHA and the Google Privacy Policy and Terms of Service apply.