Epic Games, Google və Apple şirkətlərini məhkəməyə verir

Epic Games eyni vaxtda iki şirkətə – Google Apple şirkətlərinə qarşı məhkəmə iddiası qaldırdı. Fortnite oyunu Play StoreApp Store dükanlarından silinəndən sonra bu şirkətlərə qarşı məhkəmə iddiaları qaldırıldı. Bu cür addımlar, Epic Games şirkətinin nümayəndələrinin fikrincə, antimonopoliya qanunlarını pozur.

Epic Games şikayəti, Google şirkətinin Play Store platformasında yaratdığı ödəniş məhdudiyyəti inhisarçılıq olduğunu hesab edir. Buna görə, bu məhdudiyyətlər həm Şerman Qanunu (Sherman Act), həm də Kaliforniyanın Kartrayt Qanununa (California’s Cartwright Act) ziddir.

İyirmi iki il sonra, Google öz şüarını ikinci plana çəkdi və gücünü, inhisarçılıq addımları ilə bazarda bir çox rəqibləri, yenilikçiləri, müştəriləri və istifadəçiləri incitmək üçün istifadə edir.

–  şikayətdə deyilir.

Epic Games şirkətinin iki əsas ittihamı Apple şirkətinə qarşı qaldırdığı iddia ilə eynidir: öz cihazlarında tətbiqetmələrin yayılmasına və platformalarında ödəmə sistemlərinə inhisar nəzarəti. Google şirkətinə gəldikdə isə, Epic Games şirkəti, Android sistemləri üçün tətbiqlərinin yayılmasında Google Play Store platformasının güclü rolu, habelə hər hansı bir tətbiq daxili satınalmalar üçün Play Store Biling ödəniş sistemindən istifadə etmək məcburiyyəti barədə narahatlıq keçirir.

Recommended Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site is protected by reCAPTCHA and the Google Privacy Policy and Terms of Service apply.