Ghost of Tsushima oyun üçün resenziyalar iyulun 14-ü təqdim olunacaq

    Ghost of Tsushima oyunun ilk rəyləri oyunun relizindən bir neçə gün əvvəl yayımlanacaq. Bu günlərdə embarqonun aradan qaldırılmasının dəqiq vaxtı məlum olub – 14 iyul, Bakı vaxtı ilə 17:00.

    Xatırladaq ki, oyunda baş verən hadisələr XIII əsrdə baş verir. Monqol imperiyası artıq dünyanı fəth edib, Şərqə də hücum etməyə başlayır. Tsushima adası, işğalçıları Yaponiyadan ayıran yeganə bir məkandır. Baş qəhrəman, yapon döyüşçü Cin Sakai vətənini qorumaq üçün hər şeyə hazırdır.

    Ghost of Tsushima oyununda bir neçə şəhəri və kəndi əhatə edən açıq dünyanı səyahət etmək mümkündür. Tədqiqatlara görə, mükafatlar kənar kvestlər (tapşırıqlar), yeni geyimlər və hərbi təhçizatlar formasında olacaq. Düşmənləri açıq döyüşdə və ya gizli formada məhv etmək imkanı verilir.

    Ghost of Tsushima oyunu 17 iyul tarixində xüsusi olaraq yalnız PlayStation 4-də dərc olunacaq.

    Recommended Articles

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    This site is protected by reCAPTCHA and the Google Privacy Policy and Terms of Service apply.