Nəhənglər Ovçusu oyunun əsasında çəkilən film 2020-ci ildə çıxmayacaq

    Sony Pictures kinostudiyası, eyni adlı oyunun motivləri əsasında çəkilən Nəhənglər Ovçusu (Monster Hunter) filminin premyerasını təxirə saldı. Əvvəlcə bu ilin 4 sentyabrında tamaşaçılara təqdim olunacaq filmin tarixi 23 aprel 2021-ci ilə dəyişdirildi. Bunun haqqında studiya tərəfindən heç bir şərh yoxdur, amma film premyerasının payızda bərpa olunması ehtimalı çox azdır.

    Baş rolun ifaçısı Milla Yovoviçdir (Milla Jovovich). Həmçinin filmdə, şərq təkbətək döyüş sənətləri ustası Toni Caa (Tony Jaa) və məşhur Hollivud aktyoru Ron Perlman da rol aldılar. Yovoviçin həyat yoldaşı Pol Andersonun (Paul W. S. Anderson) rejissorluq etdiyi filmin büdcəsi, Hollivud meyarına görə az sayılan, yəni cəmi 60 milyon dollar təşkil edib. Sony şirkətinin rəhbərləri, öncə təyin olunmuş vaxtda filmin premyerasına xərclənən məbləğin qazanıla biləcəyinə inanmır.

    Xatırladaq ki, Nəhənglər Ovçusu, Yaponiya məskunlu Capcom şirkəti tərəfindən yaradılan və konsollarda dərc edilən rol oyunudur (RPG). Süjetə görə oyunçular müxtəlif növ nəhəngləri və bədheybətləri ovlayır, silah və zirehlərin yeni növlərini toplayaraq öz döyüş təcrübəsini artırır.

    Oyun sənayesində çox populyar franşizanın sayca beşinci hissəsi olan Nəhənglər Ovçusu: Dünya (Monster Hunter: World) oyunu PS4, Xbox OneSteam platformalarında 2018-ci ildə dərc edildi.

    Recommended Articles

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    This site is protected by reCAPTCHA and the Google Privacy Policy and Terms of Service apply.