Neil Drackmann-ın The Last of Us Part II oyun süjetinin sızması ilə bağlı etirafı: “Həyatımın ən pis günlərindən biridir”

    Aprel ayında The Last of Us Part II oyunun əhəmiyyətli süjet təfərrüatları internetə sızdı. Oyunçular, sadə sözlə desək, birinci hissənin sevimli qəhrəmanlarından birinin yeni çıxan oyunda öləcəyini biləndə kədərləndilər. Oyunçular öz narazılığını birbaşa yaradıcıların üzərinə yönəltdilər. Ən çətin iş baş layihə meneceri Neil Druckmann-ın üzərinə düşdü.

    Spolierkast podkastının son sayında Drackmann, aktyorlar Troy Baker (Joel) və Ashley Johnson (Ellie) ilə birlikdə oyunu və nəşrindən əvvəl yaşanan kədərli hadisələri müzakirə etdilər. Drackmann etiraf etdi ki, sızma oyunçuların reaksiyasına mənfi təsir etdi.

    “Sızmanın baş verdiyi gün həyatımdakı ən pis günlərdən biri oldu. Real gedişatı ilə hər şeyin necə baş verdiyini müşaiyət edirdim. Videonun YouTube-da ortaya çıxdığını gördüm. Hamımız panikaya düşdük, videonun silinməsini tələb etdik. Gecikmə səbəbindən video hardasa bir saatdan sonra silindi. Video silinəndə onun bəlkə də, min baxışları var idi. Sonra, sadəcə olaraq oturursan, zəhrimar ürəyin sıxılır və sən də öz-özünə fikirləşirsən: “Artıq video ordadır və hər yerdə yayılmanmağına qədər yalnız müəyyən bir müddət var.”

    Bir neçə saatdan sonra məlumat artıq hər yerə yayılır, iştirak etdiyin hər sosial mediada nifrətlə qarşılaşmağa başlayırsan və tezliklə bu ölümlə hədələnməyə, antisemit ifadələrə çevrilir. Sevdikləri qəhrəmanın ölümü insanları kədərləndirəcəyini bilirdim. Ancaq bu qədər nifrətə səbəb olacağını heç düşünmədim. Bunu necə izah edim, bilmirəm. Məyusluq?”

    Drackmann-a görə, nəticə çıxarmağa tələsən və “mən bu oyuna nifrət edirəm, heç bir kontekst məni fikrimdən döndərməyəcək” kimi mövqe tutan insanların reaksiyasını müşahidə etmək xüsusilə çətindi. Naughty Dog iki ay boyunca oyun haqqında açıq müzakirə edə bilməyərək oyunçuların qəzəbini yaşamağa məcbur qaldı.

    Yaradıcı direktorun sözlərinə görə, studiyada ən çox qorxduqları hadisə “sızma” idi. Naughty Dog yeni oyunun süjetini qorumaq üçün çox iş gördü, amma sonunda Drackmann-ın dediyinə görə, oyunun nəşri ən pis ssenari ilə başladı.

    Recommended Articles

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    This site is protected by reCAPTCHA and the Google Privacy Policy and Terms of Service apply.