Oyunçular bu il oyunlara küllü miqdarda pul xərcləyirlər

    NPD Group (Beynəlxalq Satınalmalar Gündəliyi) analitik şirkəti, yeni hesabatında bildirir ki, ABŞ video oyun bazarında edilən satınalmaların iyun ayı üçün ümumi dəyəri 1,2 milyard dollar oldu, bu da keçən ilin (2019) eyni ayı ilə müqayisədə 26% çox edir.

    Bu göstərici hal-hazırda bazarda baş verən tendensiyaya uyğun gəlir. Belə ki, son bir ildə oyun avadanlıqları, proqram təminatı və aksesuarlara 6,6 milyard dollara yaxın pul xərcləndi. Bir il öncəki (2018) göstərici ilə müqayisədə 19% çox edir. Ümumiyyətlə son 10 ildə ən yüksək göstəricidir. Nəzərinizə çatdıraq ki, 2010 ildə oyunçular 7 milyard dollar xərcləmişdilər.

    İyun ayında ən çox satılan avadanlıq Nintendo Switch konsolu, ən çox satılan aksesuar Xbox Elite Series 2 simsiz nəzarətçi, ən çox alınan oyunlar isə The Last of Us: Part IIAnimal Crossing: New Horizons oldu.

    Pandemiya ilə əlaqədar olaraq, hal-hazırda çox sayda insan evdə əvvəlkindən daha çox vaxt keçirməli olur, buna görə də, konsolların, aksessuarların və oyunların satışı qismən artır.

    Recommended Articles

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    This site is protected by reCAPTCHA and the Google Privacy Policy and Terms of Service apply.