Phantom Doctrine 2, taktiki üçüncü şəxs stels-oyunu

Phantom Doktrina (Fantom Doktrinası), beyin yuyulmasına, ikili agentlərinə və sui-qəsd hazırlamaq üçün mantar lövhəsinə əsaslanan taktiki casusluq oyunudur. Phantom Doctrine 2: The Cabal adlı yeni davamı, Hitman oyununa oxşar üçüncü şəxs stels (stealth-em-up) oyununa bənzəyir. Taktiki strategiyadan üçüncü şəxs stels oyununa keçid böyük dəyişiklikdir. Yeni hissəni və orijinal oyunu CreativeForge Games studiyası hazırlayır və nəşr kimi Good Shepherd əvəzinə PlayWay çıxış edir.

Phantom Doctrine 2 oyunundakı hadisələr, Çernobıl fəlakətini qəsdən törətmiş və bir sıra digər terror hücumlarını təşkil edən Cabal adlı qrupun (birinci hissədə oyunçunun iştirak etdiyi təşkilat) fəaliyyət göstərdiyi 1986-cı ilin alternativ gerçəkliyində baş verir. Oyunçu, fərqli bacarıqlara sahib olan casus agentlərdən ibarət heyət yaratmalı, sonra yerinə yetirilməsi tələb olunan missiyaya göndərilmək üçün onlardan birini seçməlidir. Agentlər düşmən ərazilərinə gizli şəkildə daxil olmalı, özünü düşmən kimi təqdim etməyi bacarmalı, səssiz silahlardan istifadə etməli və missiyanı uğurla başa çatması üçün lazım olan hər şey etməlidir.

Hazırda Phantom Doctrine 2 oyunun Steam platformasındakı səhifəsində buraxılış tarixi kimi “Tam Məxfi” göstərilib.

Recommended Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site is protected by reCAPTCHA and the Google Privacy Policy and Terms of Service apply.