PS5 üçün yeni böyük oyun və Müharibə Tanrısının davamı hazırlanır

Növbəti nəsil PlayStation 5 konsolu üçün yeni bir start oyunu və 2018-ci ildə dərc olunan Müharibə Tanrısı (God of War) oyunun sikveli, çox qısa zamanda elan olunacaqları haqqında şayiə yayılıb.

Moore’s Laws is Dead adlı YouTube kanalı, Sony şirkətinin State of Play (Oyunun Vəziyyəti) konfransının avqustda baş verəcəyini iddia edir. Kanalda ifadə olunan sözlərə görə, konfrans zamanı şirkət PlayStation 5 üçün yeni oyunları təqdim edəcək. Digər nüfuzlu mənbələr də Sony şirkətinin State of Play konfransı zamanı bir neçə PS5 oyunlarının nümayiş edilcəyini təsdiq edirlər.

Yeni şayiədə, təqdim olunan oyunlardan birinin böyük PlayStation franşizasının dönüşü olacağı və bunun arxasında Mark Çerninin (Mark Cerny) durduğu deyilir. Nəticədə, PlayStation azarkeşlərin bir qismi naməlum oyunun növbəti Jak and Daxter ola biləcəyini, digərləri isə Killzone və ya Resistance oyunlarının dönüşü ola biləcəyini güman edirlər.

Bundan əlavə, eyni konfransda, 2021-ci ilin sonlarında buraxılacaq Müharibə Tanrısı 2 oyunu da təqdim ediləcəyi iddia edilir.

Əlbətdə deyilənlərin hamısına skeptik olaraq yanaşmaq lazımdır, çünki heç biri rəsmi məlumat deyil. Sony, hal-hazırda bu şayiələrə münasibət bildirmir və bunun baş verməsi ehtimalı azdır. Nadir hallarda kimsə şayiələr, sızmalar və ya hər hansı qeyri-rəsmi məlumatları şərh edir.

Recommended Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site is protected by reCAPTCHA and the Google Privacy Policy and Terms of Service apply.