Rocksteady Studiyasının növbəti oyunu İntiharçılar Dəstəsi haqqında olacaq

İnternetdə suicidesquadgame, gothamknightsgamesuicidesquadkillthejusticeleague domenləri aşkar olunduqdan sonra, Batman oyunlarını yaradan studiyanın DC komikslər əsasında yeni oyunun üzərində çalışdığı haqqında müxtəlif şayiələr yayılmağa başladı. Bu domen adları, wbgames.com domenin sahibi MarkMonitor şirkəti tərəfindən qeydə alınıb. Xatırladaq ki, WB Games kimi də tanınan Warner Bros. Interactive korporasiyası Rocksteady Studios oyun studiyasının ana şirkətidir.

Bundan əlavə, Batman: Arkham Knight oyunundan bəri dörd illik fasilədən sonra, Rocksteady Studios şirkətinin yeni layihə üzərində işlədiyini təsdiqləyən bir çox sayda xəbər yayılırdı.  

Studiya vəd edir ki, 22 avqustda keçiriləcək DC Fandome tədbiri zamanı İntiharçılar Dəstəsi (Suicide Squad) əsasında yaradılacaq oyun haqqında müvafiq məlumatları elan edəcək.

Recommended Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site is protected by reCAPTCHA and the Google Privacy Policy and Terms of Service apply.