The Outer Worlds oyunu üçün ilk genişlənmə (DLC)

Obsidian Entertainment studiyasının elmi-fantastika rol oyunu, Nebula mükafatı ilə təltif olunmuşdur. The Outer Worlds (Kosmik Aləmlər) oyunu üçün sentyabr ayında buraxılacaq Peril on Gorgon (Qorqonda Təhlükə) adlı ilk böyük süjet genişlənməsi (DLC), Microsoft Xbox Games Showcase tədbirində təqdim edilmişdir.

Ondan öncə, The Outer Worlds veb səhifəsində qəribə mesaj görünürdü: “Qorqonda, həmişə …. Adrena-Time vaxtıdır (əsl ksenosit tullantıları ilə hazırlanmışdır!)”. Sonradan məlum oldu ki, Qorqon, oyunçuların hərəkət və döyüş sürətini artıran Adrena-Time kosmik dərmanının gizli mənşəyini araşdırmaq üçün ziyarət edilən bir asteroiddir.

Obsidian Entertainment studiyasının nümayəndələrinin sözlərinə görə, DLC genişlənməsi, “nuar stilində olacaq macəra” və yeni silahlar, zirehlər, bonuslar kimi oyuna “xeyli miqdarda məzmun” əlavə edəcək. Peril on Gorgon genişlənməsi 9 sentyabrda 15 dollara satışa çıxarılacaq.

Recommended Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site is protected by reCAPTCHA and the Google Privacy Policy and Terms of Service apply.