Twitter-də Fable və Perfectdarkgame adlarında yeni hesablar yaradıldı

    Bu yaxınlarda Twitter sosial şəbəkəsində Fable PerfectDarkGame adında yeni hesablar yaradıldı. Pərəstişkarlar düşündülər ki, Microsoft Fable franşizasında buraxılacaq yeni oyunun tezliklə elanına hazırlaşır. Amma şirkət hər şeyi inkar edir.

    Öncə hər iki hesab qapalı idi və adları üzərində “placeholder” (yerdəyişmə) sözü görünürdü. Həm də, hesabın şifrəsini bərpa etməyə çalışarkən Twitter, “microsoft.com” domenində yerləşən elektron poçtuna yeni şifrənin göndərilməsi təklif edilir.

    Xbox marketinq rəhbəri Aaron Qrinberqə görə, bu hesablar illərdir qeyri aktiv idi. Sosial şəbəkələrdə intellektual mülkiyyəti qorumaq üçün standart bir tətbiqdir. Bir sözlə, hesablar Microsoft-a aiddir, ancaq yeni oyunlar haqqında elanları gözləmək mənasızdır.

    Ancaq burada uyğunsuzluq yaranır:

    • Fable adlı hesab 2020-ci ilin mart ayında, PerfectDarkGame isə iyun ayında qeydiyyata alınb.
    • PerfectDarkGame hesabının sahibi, Fable hesabı haqqında məlumat əldə etdikdən sonra bildi ki, bu səhifəni yaradan pərəstişkardır. Yəni bu hesab heç də Microsoft-a aid deyil.
    • Çox qısa müddətdə, PerfectDarkGame hesabına Fable oyunun prodüseri və Xbox Game Studios-un yaradıcı direktoru Ken Lobb abunə oldu.

    PerfectDarkGame hesabın sahibi zənn etdi ki, əgər yeni oyun yaradılma prosesində olmasaydı prodüser abunə olmazdı. Yəqin, Lobb bu profilin rəsmi olduğunu sandı.

    Fable oyunu haqqında şayiələr olduqca uzun müddətdir internetdə gəzir. Deyilənə görə, bir neçə ildir adı bilinməyən, açıq dünya əsasında yaradılan RPG oyunun üzərində işləyən Playground Games studiyası məşğuldur. Qeyd edək ki, Playground Games studiyası buraxdığı Forza Horizon oyunları silsiləsinə görə məşhurdur.

    Recommended Articles

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    This site is protected by reCAPTCHA and the Google Privacy Policy and Terms of Service apply.