Alimlər Cokera oxşayan hörümçəyə Xoakin Feniksin adını verdi

    Hollivud heyvan haqlarının aparıcı müdafiəçilərindən biri, qəflətən, faunanın bir hissəsi oldu. Kütləvi mediada yayılan məlumatlara görə, alimlər İranda yeni qara-qırmızı hörümçək növünü aşkar ediblər.

    Bu rəng çaları alimlərə Xoakin Feniksin canlandırdığı Coker personajını xatırlatdı. Ona görə də hörümçəyə aktyorun adı verildi.

    Luridiya feniksi (Loureedia phoenixi) hörümçəyi Aralıq dənizinin kənarında aşkarlanmış Luridiya (amerikan müğənni Lu Ridin şərəfinə adlandırılıb) bioloji növünün ilk nümayəndəsidir. Bu növ hörümçəklər ilin yalnız üç həftəsində suyun səthinə çıxır buna görə də, onları aşkarlamaq çox çətindir.

    Recommended Articles

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    This site is protected by reCAPTCHA and the Google Privacy Policy and Terms of Service apply.