Beyond Good & Evil haqqında film, Netflix tərəfindən hazırlanır

The Hollywood Reporter nəşrinin məlumatına görə, Pokemon: Xəfiyyə Pikaçu (Detective Pikachu) filmin rejissoru Rob Lettermanın başçılığı ilə, Netflix studiyası, 2003-cü ildə buraxılan məşhur Beyond Good & Evil (Xeyir və Şərin Xaricində) macəra oyunu əsasında yeni film istehsal edir.

Beyond Good & Evil bədii filmi üzərində Netflix ilə tərəfdaş olmaqdan məmnunuq və yaxın gələcəkdə daha çox məlumat ilə paylaşacağıq

Ubisoft şirkəti verdiyi açıqlamada bildirdi.

Bu xəbərindən bir gün öncə, Polygon nəşri, Netflix studiyası, Ubisoft şirkətinin digər məşhur Splinter Cell oyunu əsasında animasiya seriyalı üzərində işlədiyi haqqında məlumat yaydı.

Beyond Good & Evil filmi“kompüter animasiyası ilə bədii filmin qarışığı” olacaq. Filmin prodüserləri, böyük və kiçik film layihələri ilə məşğul olan fransız nəşriyyatının daxili şöbəsi – Ubisoft Film & Television nümayəndələri Ceyson Altman (Jason Altman) və Marqaret Boykin (Margaret Boykin) olacaqdır.

The Hollywood Reporter bildirir ki, layihə “istehsalın ilkin mərhələsindədir” və rejissorla prodüserlər hal-hazırda video oyunu ekranlaşdırmaq üçün ssenarist axtarırlar. Bu anda filmdəki baş verəcək hadisələrin oyun süjetinə nə qədər uyğun gələcəyi bəlli deyil.

Beyond Good & Evil oyunu 2003-cü ilin sonlarında GameCube, PlayStation 2, Windows PC Xbox platformalarında debüt etdi. Oyunun süjeti, 2435-ci ildə, yad planetlilər tərəfindən edilən sui-qəsdi ifşa etməyə çalışan gənc fotoqraf Ceydin (Jade) və onun dostu donuz Peycin (Pey’j) sərgüzəştləri haqqındadır. Kommersiya uğursuzluğuna baxmayaraq, oyun bir il ərzində kult klassikasına çevrildi. 2017-ci ildə Ubisoft, Beyond Good & Evil 2 adlı prikvili elan etdi, lakin naşir E3 2018 tədbirindən bəri oyun haqqında heç bir məlumat vermir.

Recommended Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site is protected by reCAPTCHA and the Google Privacy Policy and Terms of Service apply.