Ceymi Foks əsl Mayk Tayson olmağa hazırlaşır

Altı ildir davam edən Dəmir Mayk Tayson (Iron Mike Tyson ) bioqrafiya filmin istehsalı nəhayət  yerindən tərpəndi. Son bir neçə ay ərzində Ceymi Foks (Jemie Foxx) film istehsalının təfərrüatları və Dəmir Mayk rolunu oynamağa nə qədər can atması barədə məlumat yayırdı.

Peşəkar boks məşq rejimi haqqında fikirləri ilə bölüşəndən sonra Ceymi Foks, aktyorun oynadığı rolun çox inandırıcı olacağını bildirdi.

Bu mənim üçün xoşbəxtlikdir. Əlbətdə ki, təlim prosesi çox fərqlidir. Arxa və qollarıma düzgün və lazımlı forma vermək üçün, ağır çəkilərlə çəkinmə həyata keçirirəm. Şəxsən mənim üçün bu filmlə bağlı ən vacib amil, filmin həqiqətə maksimum uyğun olmasına, özümü həsr etməkdir. Maykla bu film və rolum haqqında zarafatlar etməyi xoşlayıram. Bəzən onu görəndə deyirəm: İndi sənin kimi paltarı geyinib ​sənin evinə girəndə, uşaqların atamız evə gəldi deyəcəklər.

Ceymi Foks, söylədikləri sözlərlə çox cəsarətli görünməsinə baxmayaraq, kifayət qədər peşəkar səviyyədə istedad və bacarıqla məşhur şəxsiyyətlərin rollarını canlandıra biləcəyinə dəfələrlə sübut edib. Buna diqqət çəkən nümunə kimi Rey Çarlz roluna görə Oskar mükafatına təltif olmasını göstərmək olar.

Lakin, filmin hələ rejissoru yoxdur və hətta adı da yoxdur. Buna baxmayaraq, Foks, Dəmir Maykın haqqında bioqrafiya filmi artıq istehsala hazır olduğunu dəfələrlə söyləyib. Üstəlik, ağır məşq və çəkdiyi əziyyəti nəzərə alsaq, film çıxmasa aktyor tamamilə üzüləcək.

Aktyor, idmançı bədən formasına nail ola bildiyini sosial mediada göstərərək, rol üçün inanılmaz fiziki dəyişikliyini nümayiş etdirdi.

Hər hansı bir şəxsin tərcümeyi-halını yaratmaq asan deyil. Bəzən bu cür layihələr 20 il çəkir, amma rəsmi səviyyədə, filmin real olması imkanını əldə edə bildik.

Film haqqında bilinən detallar hələ də azdır. Ancaq məlumdur ki, 52 yaşlı Foks, əfsanəvi boksçunun həm gənc yaşını, həm də daha yetkin vaxtlarını canlandıracaq. Aktyor nail olduğu nəticələrə çox arxayındır: “Sizə zəmanət verirəm, insanlar Mayk olduğumu düşünərək küçədə mənə yaxınlaşacaq və avtoqrafımı istəyəcəklər.”

Əsl Mayk Taysona gəlincə, o, köhnə rəqibi Roy Cons ilə boks görüşünə rinqə çıxmağa görə təqaüddən qayıdacaq. Döyüş sentyabrın 12-nə planlaşdırılıb.

Mənbə: Movieweb.com

Recommended Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site is protected by reCAPTCHA and the Google Privacy Policy and Terms of Service apply.