Forsaj 9 filmindəki qəhrəmanlar kosmosa gedəcəklər?

    Forsaj (Fast & Furious) filminin qəhrəmanlarının kosmosa səyahətləri ilə bağlı zarafatlar artıq zarafat deyil – bunu franşızada Tec Parker (Tej Parker) rolunu ifa edən repçi Ludacris yeni müsahibəsində ehyam vurdu.

    Söhbət zamanı, aparıcı gələcək hissənin süjet gedişatının mümkün yollarını təyin etmək məqsədi ilə müxtəlif variantları sıralamağa başladı və onlardan biri də kosmosa səyahətlə əlaqəli idi. Repçi, cavab olaraq qeyd etdi ki, aparıcı düzgün fərziyyələri ifadə edib. Lakin deyilən variantlardan hansının doğru olduğunu dəqiqləşdirməkdən imtina etdi. Söhbət kosmos məsələsinə bir də qayıtdıqda, aktyor əli ilə ağzını bağlayaraq, həmin jestlə danışa biləməyəcəyini bildirdi. Yəni sonunda dəqiq bir cavab verilmədi.

    Kosmosa səyahət haqqında rəsmi təsdiqlənmənin olmamasına baxmayaraq, bir müddətdir ki, bunun haqqında çoxlu şayiələr gəzir. Keçən il, filmlərin ssenari müəllifi Kris Morqan (Chris Morgan) qeyd etdi ki, ümumiyyətlə, personajları praktiki olaraq istənilən hər yerə göndərməyə hazırdır. Kosmos da daxil olmaqla.

    “Forsaj 9”  filminin premyerası 2 aprel 2021-ci ildə kinoteatrda olacaq.

    Recommended Articles

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    This site is protected by reCAPTCHA and the Google Privacy Policy and Terms of Service apply.