Kristian Beylini Betmen roluna qaytarmağı qərar verdilər

    Şəbəkədə yeni informasiya yayılaraq məlum oldu ki, Warner Bros studiyası DC film aləmindən komiks qəhrəmanı olan Qara cəngavər roluna aktyor Kristian Beylini qaytarmağa qərar verdi.

    Warner Brosun “Fleş” filmindəki Betmen roluna qayıtmaq üçün Maykl Kiton ilə danışıqlar apardığı xəbərlərindən sonra, Kristian Belinin geri dönməsi ilə bağlı xəbərlər də yayıldı. Əgər studiyanın Kitonla danışıqları nəticəsiz qalsa, prodüserlər Beylə müraciət edib onun Qara cəngavəri yenidən oynamasını istəyəcəklər. Maykl Kiton Betmen rolunun qayıtmasına hələki, razılıq verməyib. Əgər bu danışıqlar nəticəsiz qalsa, tamaşaçılar Kristian Beylini yenidən Qara cəngavər olaraq görmək şansı qazanacaqlar.

    Şayiələrə görə, Warner Bros studiyası öz kinoaləminə Betmenin alternativ bir versiyasını təqdim etmək istəyir və bu da DC-nin geniş aləmində (DCUE) çox vacib rol oynayacaq. Məhz bu səbəbdən Kiton ilə danışıqlar davam edir. Ola bilsin ki, sonra Beyl ilə də danışıqlara başlanılsın. Bununla belə, “Qara cəngavər” üçlüyünün ulduzu Betmen roluna nisbətən daha az ehtimalla qayıdacağını qeyd etmək lazımdır. “Qara cəngavər: Əfsanənin dirçəlişi” filmindən sonra Beyl, Betmen rolundan yorulduğunu və bu səbəbdən yenidən bu super qəhrəman rolunu oynamağa hazır olmadığını açıqladı.

    Əlavə olaraq qeyd edək ki, Kristian Beyl blokbaster filmlərində son illərdir o qədər də çox rol oynamır. Warner Bros Studiyası bu aktyoru Qara cəngavər roluna qaytarmaq üçün çox çalışmalı olacaq.
    Kritian Beylin Betmen rolunu oynadığı Kristofer Nolanın üçlüyü əsl xitə çöndü. Bir faktı da qeyd etmək lazımdır ki, Beyl Marvel kinoaləminin “Tor 4: Sevgi və şimşək” filmindəki mənfi qəhrəman rolunu oynamalıdır.

    Recommended Articles

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    This site is protected by reCAPTCHA and the Google Privacy Policy and Terms of Service apply.