Netflix, The Cuphead Show serialı üçün tizerini göstərib!

    Striminq servisi Netflix 2019-cu ilin yayından bəri istehsalda olan The Cuphead Show cizgi serialının ilk tizer video rolikini təqdim etdi.

    Serialın yaranmasında Netflix və King Features studiyası məşğul olur. Şou 2021-ci ildə yayımlanacaq.

    Serial, Tru Valentino ilə Frank Todaro-nun səsləndirdiyi Fincanbaşlı və Kupabaşlı (eyni adda buraxılan oyunun baş qəhrəmanları) qardaşların sərgüzəştləri haqqında olacaq. Сuphead (Fincanbaşlı) adlı oyun şousu köhnə Disney cizgi filmin animasiya üslubunda olsa da, daha çox gənc tamaşaçı üçün hazırlanmışdır. Müəlliflər müəyyən bir tarix bildirməsələr də, serialın tezliklə yayımlanacağına söz verdilər.

    Recommended Articles

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    This site is protected by reCAPTCHA and the Google Privacy Policy and Terms of Service apply.