Netflix yeni fantastik Uzaqlarda serialının qısa təqdimat videosunu dərc etdi

    İnternetdə Netflix yayınlama şirkətinin istehsal etdiyi yeni fantastik Uzaqlarda (Away) serialının debüt qısa təqdimat videosu çıxdı.

    Süjet, Yer kürəsinin müxtəlif bölgələrindən olan astronavt komandasından bəhs edir. Onlar mühüm missiya ilə Marsa göndərilir. Əgər tapşırıq uğurla həyata keçsə, cəmi üç il ərzində ailələri və sevdikləri ilə ayrılmaq məcburiyyətində qalacaqlar. Lakin nəsə düz getməzsə – bu müddət uzanacaq.

    Səyahət zamanı, qəhrəmanlar, kosmosun sərt şərtlərinə tab gətirməklə yanaşı, Yerdən çox uzaqlara ayrıldıqları üçün şüurlarında canlanan şəxsi iblisləri də dəf etməli olacaqlar.

    Baş rollardan birini Milyon dollarlıq gözəlçə filmi ilə tanınan Hilari Suonk (Hilary Ann Swank) ifa edir. Netflix şirkətinin bu layihəsinin premyerası 4 sentyabrda baş tutacaq.

    Recommended Articles

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    This site is protected by reCAPTCHA and the Google Privacy Policy and Terms of Service apply.