Polis Akademiyası filminin qəhrəmanı pərəstişkarlarını təəccübləndirdi

    Polis Akademiyası (Police Academy) filmlərinin Keri Maxoni obrazı ilə məşhurlaşan aktyor Stiv Quttenberqin (Steve Guttenberg) zahiri görünüşü internetdə pərəstişkarlarının diqqətini cəlb etdi. Çoxları Quttenberqi hələ də, gənc bir aktyor olaraq xatırlayır. Bunun üçün də, pərəstişkarları onun bu qədər yaşlandığını görəndə çox məyus oldular. Onu da qeyd etmək lazımdır ki, aktyorun rol aldığı ilk Polis akademiyası filminin premyerasından tam 36 il keçib. Bu müddət ərzində filmin bir çox ifaçıları artıq yaşlanıblar.

    Cameo veb saytında pərəstişkarlar, məşhur aktyorlardan öz yaxınları üçün təbriklər sifariş edə bilərlər. Saytda həmçinin, Üç kişi və körpə, Polis akademiyası, Barama: QayıtmaQısa qapanma filmləri ilə tanınan aktyor Stiv Quttenberqin də xidmətlərini sifariş etmək olar. Son aylarda Quttenberq tərəfindən hazırlanmış, artıq 100-dən çox fərqli təbrik videoları var. O, öz xidmətini təxminən 150 dollara qiymətləndirir.

    Hal-hazırda Stiv Quttenberqin 61 yaşı var. Çoxlarımızın pərəstiş etdiyi Keri Maxounini obrazını ilk dəfə aktyor 25 yaşında oynadı. Aktyor daha sonra bu obraz ilə Polis Akademiyası filminin daha 4 hissəsində göründü.

    Recommended Articles

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    This site is protected by reCAPTCHA and the Google Privacy Policy and Terms of Service apply.