Rayan Qoslinq və Kris Evans Netflix studiyasının ən bahalı casus filmində rol alacaqlar

    Rayan Qoslinq (Rayan Gosling) Kris Evans (Chris Evans) Qisasçılar (The Avengers) filminin yaradıcıları tərəfindən çəkilən Boz adam (The Grey Man) adlı casus trillerində baş rolları ifa edəcəklər. Bu, Netflix studiyasının ən bahalı filmi olacaq.

    Deadline bildirir ki, kino tarixində ən çox gəlir gətirən Qisasçılar: Final (Avengers: End Game) filmindən sonra, trillerin rejissorları Entoni (Anthony Russo) və Cozef Russo (Joseph Russo) qardaşları üçün ilk blokbaster filmi olacaqdır.

    Boz adam filmi, Mark Qrinin (Mark Greenen) eyni adlı romanı əsasında çəkiləcək. Casus triller filmi, Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) keçmiş agenti Centri (Rayan Qoslinq) və onu dünyanın müxtəlif yerlərində təqib edən Lloyd Hansen (Kris Evans) arasında baş verən ölümcül duel haqqında bəhs edir.

    Filmin hazırlanması üzərində Netflix studiyası ilə birlikdə, AGBO kinofilm şirkəti də məşğul olur. 2009-cu ildə ilk kitabın buraxılışından sonra Qrini bir neçə silsilə yazdı.

    Filminin ssenarisini, Cozef Russo, əvvəllər Qisasçılar: Final Birinci qisasçı: Qarşı durma üzərində işləyən Kristofer Markus (Christopher Markus) və Mak Filinin (Stephen McFeely) ilə hazırlayıb.

    Qoslinq Evansla eyni vaxtda işləmək Russo qardaşlarının çoxdankı arzuları idi.

    İdeya belədir – Rayanın oynadığı obraz ətrafında yeni kinematoqrafiya kainatı quraraq, yeni franşiza yaratmaq. Özümüzü tamamilə bu filmə həsr edəcəyik və bu da bizi ikinci hissəyə aparsa, əla olardı.

    rejissorlar deyirlər

    Boz adam Netflix tarixində ən bahalı film olacaq. Onun büdcəsi 200 milyon dollardan çox nəzərdən tutulub. Yaradıcılar, Ceyms Bond (James Bond) filmləri ilə eyni səviyyədə, geniş miqyaslı real bir franşizanı yaratmağı planlaşdırır.

    Çəkilişlər 2021-ci ilin yanvar ayında, Los-Ancelesdə başlanması nəzərdə tutulub.

    Recommended Articles

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    This site is protected by reCAPTCHA and the Google Privacy Policy and Terms of Service apply.