Süni intellektə sahib olan robot, fantastik “b” filmində böyük rol oynayacaq

    Süni intellektə sahib Yapon robotu Erika fantastik “b” filmində əsas rol oynayacaq. Layihənin büdcəsi 70 milyon dollar qiymətindədir. Rejissor kreslosu hələki boşdur.

    Filmin çəkilişi Avropada 2021-ci ilin iyununda planlaşdırılır. Film, insan DNT-ni yaxşılaşdırmaq üçün proqram hazırlayan bir alimin hekayəsindən bəhs edir, lakin tez bir zamanda ixtirasının yalnız zərər verə biləcəyini anlayır. Yeni proqramın tətbiqini dayandırmaq üçün, süni intellektə sahib olan robot Erikanın qaçmasına kömək edir.

    “Adi aktyorlar çox vaxt öz həyat təcrübələrindən istifadə edirlər” – fikir müəlliflərindən biri, Sam Kose deyir – “Ancaq Erikanın həyat təcrübəsi yoxdur. O, bu rol üçün sıfırdan yaradılıb. Biz məcbur idik ki, xüsusi olaraq ona hərəkətləri və hissləri yenidən yaradaq, eyni zamanda ona hərəkətlərini və hisslərini idarə etməyi öyrədək. Hatta, biz onun üçün, ona xas olan xarakter və üz ifadələrini də yaratdıq”.

    Erikanın əvvəl başqa bir layihədə, Tony Kayın rejissorluq etdiyi bir filmdə ilk çıxışı olmalı idi, amma prodüserlər rejissorun iş qrafiki ilə əlaqədar olaraq lent üzərində işləməyi dayandırdılar.

    Recommended Articles

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    This site is protected by reCAPTCHA and the Google Privacy Policy and Terms of Service apply.