The Matrix filmlərin çəkilişi operator üçün işgəncəyə çönmüşdür

    İkiqat Oskar laureatı olan Hollivud operatoru Rocer Dikinsin (Roger Deakins)  Apple platformasında davamlı şəkildə yayımladığı podkastların birinə, The Matrix (Matris) film seriyasının operatoru olan Bil Poupu (Bill Pope) dəvət etdi. Qeyd edək ki, Bill Poup işləri siyahısına Qara Geyimli Adamlar 3, Hörümçək adam 2-3, Cəngəlliklər kitabı və bir şox digər məşhur Hollivud filmləri də göstərmək olar. Həmkarın etdiyi söhbətlərdən məlum oldu ki, The Matrix filmin iki hissədən ibarət davamının çəkilişi operator üçün işgəncə əzabı oldu.

    Onun sözlərinə görə, sikvellərin çəkiliş prosesi, 1999-cu ilin orijinal filmindən xeyli fərqlənirdi.

    İlk filmdə yaranan xoş təcrübə, son ikisində yox idi. Biz artıq sərbəst deyildik. İnsanlar bizi diqqətlə müşahidə edirdilər. Təzyiqə məruz qalmışdıq. Filmin sikvelləri ürəyimcə deyildi. Hesab edirdim ki, biz fərqli istiqamətdə davam etməliyik. Aramızda mübahisələr və şəxsi problemlər də var idi. Düzünü deyim, bunu da, filmə tamaşa edən zaman hiss etmək olur. Filmlərin çəkilişi heç də həyatımın ən yaxşı anı sayılmır, çəkiliş heyətində hər kəs elə hiss edir. Vaçovskilər, lənətə gəlmiş bir kitabı oxudular. Stenli Kubrikin müəlliflik etdiyi o kitabda deyilirdi ki, “Aktyorları tam olaraq taqətdən salmayınca, onlar yaxşı nəticə görsətməyəcəklər”. İndi buna görə, bir səhnəni 90 dəfə çəkməliydik! Mən Sentli Kubriki qəbrindən çıxardıb, bir də öldürmək istəyirdim.

    Bil Poup

    Bütün bunlar The Matrix ReloadedThe Matrix Revolutions filmlərin çəkilişini özünəməxsus “işgəncəyə” çevirdi. Operator sonsuz sayda müxtəlif səhnələrin yenidən çəkilişinə məcbur qalsa da, bu heç bir nəticə vermirdi. Əlavə olaraq iki fərqli filmin ardıcıl olaraq çəkilməsi heyəti daha da çox yoraraq həvəsdən salırdı. Poupun fikrincə, bu cür iş üslubu insanın zehnini və ruhunu çökdürür və son nəticədə mənfi amillər filmdə əks olunur.

    Oxşar nümunə kimi o, Hobbit trilogiyasını göstərdi. Həmin filmin də ardıcıl olaraq çəkilməsi, nəticəyə təsir etmişdi. Əsər yazmaq da uzun prosesdir, lakin yazıçı istədiyi vaxt işi dayandırıb və sonra davam edə bilər. Ancaq filmlərin çəkilişi davamlı şəkildə baş verdiyindən, prosesin uzun və yorucu olması filmə mənfi təsir edir.  

    Poup hesab edir ki, komanda üzvləri bütün problemlərə qalib gələrək mükəmməl səviyyədə iş bacara bildilər.

    Qeyd edək ki, The Matrix 4 filmi operator Con Toll (John Toll) tərəfindən çəkilir.

    Recommended Articles

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    This site is protected by reCAPTCHA and the Google Privacy Policy and Terms of Service apply.