Uncharted oyunun ekranlaşdırması nəhayət ki, başlandı

    Uncharted (Əl-ayaqdan uzaq) filmi eyni adlı oyun seriyasının əsasında çəkiləcək. Filmin (və oyunun) baş qəhrəmanı Neytan Dreyk (Nathan Drake) obrazının gənc vaxtlarını ifa edən aktyor Tom Holland, “Birinci gün” yazısı ilə imzalanmış çəkiliş meydançasının fotoşəkilini İnstagram sosial şəbəkəsində paylaşdı.

    View this post on Instagram

    Day one #uncharted

    A post shared by Tom Holland (@tomholland2013) on

    Uncharted filmi nəhayət ki, çəkiliş mərhələsinə qədər gəlib çatdı. Son dərəcə uzun çəkdi, Neytan Dreykin sərgüzəştlərinin ekranlaşdırılması haqqında məlumatlar 2008-ci ildən bəri görünməkdədir. Layihədə rejissorlar və ssenaristlər bir neçə dəfə dəyişdirilirdi və çəkilişlər dəfələrlə təxirə salınırdı. Təsəvvür edin, filmin istehsalı hələ, 2015-ci ilin əvvəlindən nəzərdə tutulmuşdu.

    Uncharted filmin rejissor kürsüsü Ruben Flayşerə (Ruben Fleischera, Venom) sahibdir. Dəmir adamQara geyimli adamlar: İnterneşnl filmlərində əməyi olan Art Markum (Art Marcum) və Mett Hollouey (Matt Holloway) ssenari müəllifləri kimi iştirak edəcəklər. Oyunun digər baş qəhrəmanı Salli (Sally) obrazını Mark Uolberq (Mark Wahlberg) ifa edəcək. Eyni zamanda Antonio Banderas, Sofiya Əli (Sophia Ali) və Tati Qabriyel (Tati Gabrielle) filmdə rol alacaqlar, lakin hansı obrazlar olduğu haqqında hələlik məlumat yoxdur.

    Uncharted filmin premyerası 16 iyul 2021-ci ildə nəzərdə tutulub.

    Recommended Articles

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    This site is protected by reCAPTCHA and the Google Privacy Policy and Terms of Service apply.