Universal Şəkər Adamın remeykinin və daha üç qorxu filmin premyerasını təxirə saldı

    Universal studiyası, hazırladığı dörd qorxulu filmlərinin, 1992-ci ildə izləyicilərini qorxudan Şəkər Adamın (Candyman) yeni quruluşda çəkilmiş filmi, Hellouinin (Halloween) yeni iki hissəsi və Məhşər gecəsinin (The Purge) beşinci hissəsinin yeni premyera tarixlərini açıqladı.

    Rədd ol (Get Out) və Biz (US) qorxu filmlərinin ssenarisinin həmmüəllifi Cordan Pilinin (Jordan Peele) rejissorluq etdiyi yeni Şəkər Adamı filminin premyera tarixi cəmi üç həftə uzadılaraq oktyabra təyin edildi. Əvvəllər sentyabrın 25-nə gözlənilirdi. (nerd.az: Orijinal filmin tamaşasını, şəxsən məni və çoxlarımızı olduğu kimi, uşaqlıqda vahiməyə salırdı və gecələr qorxulu yuxudan tər içində oyanmaqla nəticələnirdi. Yeni filmin də bu keyfiyyətdən geri qalmayacağına ümid edək.)

    Digər qorxu filmlərinin bəxti daha az gətirdi. Onların premyerası bütün il boyu təxirə salındı. Qanlı antiutopiyası olan Həmişə məhşər gecəsi (The Forever Purge) filmi (franşizanın beşinci hissəsi) 2021-ci il 9 iyul tarixində, Hellouin Öldürür (Halloween Kills) 2021-ci il oktyabrın 15-i, Hellouin bitir  (Halloween Ends) 14 oktyabr 2022-ci ildə premyeraları gözlənilir.

    Universal studiyası, Hellouin öldürür üçün ilk tizer reklamını təqdim etdi. Hər iki seriyanın rejissoru Devid Qordon Qrindir (David Gordon Green). 1978-ci ildə Con Karpenterin (John Carpenter) orijinal filmin remeyki olan Hellouin filmi 2018-ci ildə 10 milyon dollarlıq istehsal büdcəsi ilə dünyada 255.5 milyon dollar qazandı. Yeni iki hissə də ənənəyə uyğun olaraq sleşer filmi janrında canlandırılıb.

    Recommended Articles

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    This site is protected by reCAPTCHA and the Google Privacy Policy and Terms of Service apply.