Yeni Zelandiya Film və Televiziya sənayesini bərpa etmək üçün 48 milyon dollar ayırır

Milford Sound, Fiordland National Park, South Island, New Zealand

    Yeni Zelandiya hökuməti koronavirus pandemiyasından əziyyət çəkən film və televiziya sənayesinə dəstək üçün 48 milyon dollar ayırmışdı.

    Məbləğin əsas hissəsi (32.3 milyon dollar) beş tammetrajlı film və ya mini-serialları istehsal etmək üçün xüsusi fonda yönələcək. Koronavirusa görə istehsalı dayanan, eyni zamanda maliyyə itkisinə düşən filmlər və seriallar arasında yerli komissiya vasitəsilə 15.1 milyon dollar paylanacaq.

    Hökümət rəsmilərinin sözlərinə görə, pandemiyanın fəsadları fonunda bir çoxu təhlükəsizlik tədbirlərinin ciddi şəkildə tətbiq olunduğu ölkələrə diqqət yetirməyə başlayır. Həmən ölkələrdən biri də Yeni Zelandiya oldu. Filmin çəkilişləri ölkədə nə qədər çox aparılsa, yerli iş sayı da bir o qədər çox olacaq.

    Ölkə daxili layihələrdən başqa, Avatar filmi və Amazon striminq şirkətinin “Üzüklərin hökmdarı” (The Lord of the Rings) serialı Yeni Zelandiyada çəkilir.

    Recommended Articles

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    This site is protected by reCAPTCHA and the Google Privacy Policy and Terms of Service apply.