ABŞ “sındırılmaz” internet şəbəkəsinin modelini təqdim etdi

ABŞ rəsmiləri və alimlər, kvant hesablama texnologiyasına əsaslanan tam təhlükəsiz, faktiki olaraq sındırılmaz internet və ya başqa adla desək, kvant internetini yaratmaq üçün işlər görməyə başladılar. Növbəti on ildə layihənin prototipini hazırlamaq üçün universitetlər və sənaye tədqiqatçıları cəlb edildi.

Fevral ayında alimlər Çikaqo şəhərinin ətrafında, ölkənin ən geniş yerüstü kvant şəbəkəsindən biri olan, 83 kilometrlik kvant dövrəsini yaratdılar.

Məqsəd, kvant bağlantısı və ya subatom hissəciklərinin kvant tunelləməsinə əsaslanan paralel və daha təhlükəsiz şəbəkəni yaratmaqdır. Kvant tunelləməsinin üstünlüyü, müxtəlif nöqtələr arasında məlumat ötürmələrini proqnozlaşdırılmasının həddindən artıq çətin olmasıdır. Kvant şəbəkələrinin təməli, bir foton nəzarətinə, maddənin atom miqyasında dəqiq sintezinə və manipulyasiya etməyə əsaslanır.

Əsas istehlakçıların arasında bank, səhiyyə sektorları, milli təhlükəsizlik və hava gəmiləri arasında kommunikasiya olduğu hesab olunur. Gələcəkdə mobil telefon şəbəkələrində kvant texnologiyasından istifadə, dünyada insanların həyatına böyük təsir göstərə bilər.

Mənbə: thejakartapost.com

Əminəm ki, bir çox “nerdlər” Amerika alimlərinin təşəbbüsünün vacibliyini və bunun şəbəkə təhlükəsizliyinin gələcəyi üçün nə demək olduğunu başa düşdülər. Yeri gəlmişkən, sual yaranır – onların doğurdanmı bu cür təhlükəsizliyi reallaşdırmaq planları var? Çünki sonunda, korporasiyalar və məxfi agentliklər üçün kvant texnologiyası ilə şifrlənmiş məlumatların korporativ və ya ictimai təhlükəsizlik səbəbdən deşifr edilməsi çətin olacaq.
Mövzunu yaxşı bilməyən oxuculara izah etməyə çalışsaq onda, məsələn, SSL açarını yaratmaq üçün əməliyyat sistem nüvəsinin təsadüfi ədəd generatorundan istifadə olunduğundan başlayaq. Şəbəkələrdə baş verən məlumat mübadiləsi belə açarlar sayəsində şifrlənir. Ədədləri generasiya edən alqoritm kompüter avadanlığına əsaslanan məlumatlardan istifadə edir. Məsələn, çiplərin məhsuldarlığı, temperaturu və s. kimi rəqəmlər ola bilər. Beləliklə, sadə dildə desək, yaradılan açarın ehtimalı sıfırdan kompüter avadanlığın parametrlərinə qədər olur. Belə açarı müəyyənləşdirmək çox çətindir, lakin nəzəri cəhətdən mümkündür, çünki ehtimal sonsuz deyil. Kvant hesablama sıfırdan sonsuzluğa qədər bir ehtimal yaradır ki, bu da hakerlərin həyatını daha da çətinləşdirir. Çünki “kvant açarları” sındırmaq üçün sonsuz vaxt, sonsuz kompüter məhsuldarlığı və ilahi qüvvənin müdaxiləsi lazımdır.

Nerd.az

Recommended Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site is protected by reCAPTCHA and the Google Privacy Policy and Terms of Service apply.