Apple Eynəkləri istənilən səthi virtual interfeysə çevirir

Apple şirkətinin, istehlak bazarı üçün Genişləndirilmiş Reallıq (AR) qarniturları üzərində işləməsi daha da aydın olur. 2020-ci ildə gözlənilən cihazlar, son şayiələrə görə, 2021 və ya 2022-ci ildə təqdim olacaqdır.

iPhone və ya iPad cihazlarını GR üçün istifadə edərkən, obyektlərə virtual olaraq təsir göstərmək üçün ekrana barmaq ilə toxunmaq kifayət edir. GR eynəklərini istifadə edərkən, eyni əməliyyatı yerinə yetirmək daha çətin olacaq. Genişləndirilmiş reallıq mühitə birbaşa təsir göstərmək üçün, xüsusi əlcək və ya barmaq sensorları kimi əlavə qurğular tələb olunurdu, ancaq, barmağın hansı cismin səthinə virtual olaraq toxunduğu lap dəqiq şəkildə təyin olunmurdu.

Apple şirkətinin GR/VR eynəklərinin dəqiq hansı xüsusiyyətlərə sahib olacağı haqqında məlumat çox azdır. AppleInsider bu yaxınlarda Apple şirkətinin, 2016-cı ildə bu sahədə apardığı bəzi maraqlı araşdırmaları göstərən patent sənədini ortaya çıxartdı.

Apple, patent müraciətində, qarnitur istifadəçiləri eyni vaxtda virtual və real dünya ilə necə qarşılıqlı əlaqədə olacağını nəzərdən keçirir və bu əməliyyatı daha dəqiq şəkildə necə yerinə yetirə biləcəyini təsvir edir. Beləliklə, infraqırmızı termal skanerdən istifadə edərək, istifadəçinin real dünyadakı cismə nə vaxt toxunduğunu müəyyən etmək mümkün olacaq.

The present disclosure is related to a method and device for detecting a touch between at least part of a first object and at least part of a second object, wherein the at least part of the first object has a different temperature than the at least part of the second object. The method includes providing at least one thermal image of a portion of the second object, determining in at least part of the at least one thermal image a pattern which is indicative of a particular value or range of temperature or a particular value or range of temperature change, and using the determined pattern for detecting a touch between the at least part of the first object and the at least part of the second object.

Adi insanların dili ili desək, mövcud ixtira, cisimlərin və barmağın istilik temperaturu fərqli olduğu mühitdə, baş verən təması təyin etmək üçün yeni bir üsuldur. Bu üsul, cisimlərin və barmağın termal görüntüsünü emal etməklə baş verir. Barmağın cismə toxunduğu yeri təyin etmək üçün temperatur dəyişməsini və ya yaranan istilkif fərqi müəyyən edilir.

Sadə dördbucaq cisim Genişləndirilmiş reallıqda kalkulyator kimi görünə bilər

Bu üsul Apple Glasses eynəyi ilə vizual olaraq real obyektlər ilə təmasa girməyə imkan verir və istifadəçinin toxunduğu obyekt virtual olaraq reaksiya edə bilir.

Bütün patent tətbiqlərində olduğu kimi, Apple şirkəti bu xüsusiyyəti gələcək GR/VR qarnituruna daxil edəcəyinə biz əmin ola bilmərik. Lakin əminliklə demək olar ki, belə qarnitur yaxın zamanlarda təqdim etməyə planlaşdırır.

Recommended Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site is protected by reCAPTCHA and the Google Privacy Policy and Terms of Service apply.