Apple şirkətinin 5G şəbəkəsini dəstəkləyən ilk smartfonu, iPhone 12 olacaqmı?

    Artıq bir çox smartfon, 5G rabitəsini dəstəkləyir, Samsung Galaxy S20OnePlus 8 Pro kimi flaqman smartfonları ilə yanaşı daha az bəyənilən Xiaomi Mi 10 smartfonu da. Lakin, hal-hazırda, iPhone xəttində yüksək sürətli rabitədə işləmə bacarığı olan smartfon yoxdur.

    Böyük ehtimal var ki, iPhone 12 smartfonları 5G şəbəkəsinə qoşula biləcəklər (ən azı bəzi modelləri). Rəqib istehsalçıların artıq bunu edən cihazları olduğunu nəzərə alsaq, Apple şirkətinin bazarda bir az gecikdiyini hesab edə bilərik. Amma, çox sayda şayiələr, Apple şirkətinin bu vəziyyəti dəyişdirmək üçün işlər gördüyünü  xəbər verir. Əslində, hələ 2019-cu ilə qədər analitiklər və digər mənbələr, Apple şirkətinin iPhone 12 smartfonlarının 5G şəbəkəsinə qoşula biləcəyini bildiriblər.

    2019-cu ilin əvvəllərində Qualcomm şirkəti ilə Apple arasında məhkəmə çəkişmələri başlamışdır. Ancaq, 2019-cu ilin aprel ayında yaranan narazılıq aradan götürüldü. Şirkətlərin əməkdaşlığı nəticəsində iPhone 12 smartfonlarını 5G modemləri ilə təmin etmək üçün bir il yarım kifayət qədər vaxt var (sentyabrda çıxması ehtimal edilir).


    Bir çox şayiələrə görə, iPhone 12 modellərinin hər biri 5G şəbəkəsini dəstəkləyəcək. Lakin bir mənbə iddia edir ki, ən ucuz iki iPhone 12 modeli yalnız 4G şəbəkəsi ilə buraxılacaq və 5G versiyalarından 100 dollar ucuz olaraq 550 və 650 dollara təklif ediləcək. Bu halda 4G modelləri bir çox iPhone smartfonlarından nəzərə çarpacaq dərəcədə ucuz olacaq, hətta iPhone 11-dən də ucuz. Mənbənin dedikləri doğru olsa da, bəzi ölkələr yalnız 4G versiyalı smartfonlarla təmin ediləcək, buna görə də 5G versiyalı modellərə üstünlük vermək mümkün olmayacaq.

    Recommended Articles

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    This site is protected by reCAPTCHA and the Google Privacy Policy and Terms of Service apply.