Bu il oyun fərdi kompüterlərin satışından gələn gəlir 3,6 milyard dollar artacaq

    Jon Peddie Research (JPR) şirkətinin analitiklərinin proqnozuna görə, bu il oyun fərdi kompüterlərin, kompüter avadanlıqlarının və oyun cihazlarının ümumdünya bazarının dəyəri 3,6 milyard dollar artacaq. Əgər onların proqnozları doğru olarsa, göstərilən bazarın dəyəri ümumi olaraq 40 milyard dollara yaxınlaşacaq.

    Analitiklərin sözlərinə görə, bazarın artımına təkan verən əsas amil, COVID-19 pandemiyası səbəbindən insanların daha çox evdə oturaraq oyunlara vaxt ayırmasıdır. Bazarın artımına, təkcə kompüter oyunlarına çoxdan həvəs göstərənlər deyil, həm də bu cür məşğuliyyət növünü yenicə seçənlərin də satınalmaları təsir göstərir.

    Ekspertlərin hesabat və proqnozlarına görə artım bütün seqmentlərdə baş verir: yuxarı seqmentdə təcrübəli oyunçuların öz kompüter sistemlərinin gücünü artırmaq üçün bahalı avadanlıqları almaları, başlanğıc seqmentdə isə yeni oyunçuların hesabına baş verir.

    Proqnozlara görə ilkin mərhələdə, 2020-ci ildə satışlar 21,7% artacaqdır. Bu çox gözlənilməz və misli görünməmiş bir artımdır. Orta seqmentdə satışlar azalsa da, yuxarı seqmentdə yüksəliş baş verir və ona səbəb, misal üçün, 1440p ekran qətnaməsində olan monitorların daha əlverişli qiymətlərdə satılmasıdır. Belə ki, oyunçular, oynadıqları oyunları maksimal ekran qətnaməsində saniyədə 60 və daha artıq kadr tezliyində görmək istəyirlər.

    Recommended Articles

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    This site is protected by reCAPTCHA and the Google Privacy Policy and Terms of Service apply.