Facebook şirkəti Instagram, Messenger və WhatsApp çatlarını birləşdirir

The Verge nəşri, Instagram mobil tətbiqində görünən güncələmə ekranında mesaj göndərməyin yeni üsulu haqqında qeyd olunduğunu bildirdi. Həmçinin, çatın yeni rəngli görünüşü, daha çox emojilər və yeni reaksiyalar, sürüşdürmə jesti ilə cavab vermə və Facebook istifadə edən dostlarla söhbət etmək imkanları kimi xüsusiyyətlər haqqında məlumat verilir. Yenilə düyməsini basan kimi,  Instagram tətbiqinin DM düyməsi Facebook Messenger nişanı ilə əvəz olunur.

Instagram tətbiqindəki çat pəncərəsi mavi və bənövşəyi rənglərlə daha yaraşıqlı olacaq. Lakin, hazırda bu üsulla Facebook istifadəçilərinə Instagram tətbiqindən mesaj göndərmək mümkün deyil. Beləliklə, Facebook şirkəti, populyar tətbiqetmələrinin mesajlaşma platformalarını birləşdirmək planlarının olduğunu bildirdi. Bu təşəbbüs, Messenger, InstagramWhatsApp istifadəçilərinin arasında mesajlaşma imkanını təmin etmək üçün həyata keçirilir.

Facebook şirkəti planlarını gerçəkləşdirmək üçün əsas infrastrukturunu yenidən qurur. Bu da öz növbəsində, yalnız bir tətbiqdən istifadə edənlərin digər tətbiqlərə rahat keçid etməsi imkanı yaradacaq.

Şirkətinin baş direktoru Mark Zuckerberg qeyd etdi ki, məxfiliyi təmin etmək üçün sistem tam şifrlənəcək. Facebook, ən populyar tətbiqlərini birləşdirərək, Apple şirkətinin iMessage mesajlaşma platforması ilə rəqabət aparmaq niyyətindədir.

Qeyd edək ki, Facebook şirkəti Instagram sosial şəbəkəsini 2012-ci ildə 1 milyard dollara, 2014-cü ildə isə WhatsApp tədbiqini 19 milyard dollara əldə edib.

Recommended Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site is protected by reCAPTCHA and the Google Privacy Policy and Terms of Service apply.