Google, istifadəçilərini gizli olaraq dinlədiyini təsdiqlədi

Independent nəşri xəbər verir ki, Google şirkəti, istifadəçinin evindəki mühitdən çıxan səsləri dinləməsinə imkan verən funksiyanı Google Home ağıllı səsgücləndiricidə təsadüfən aktivləşdirdi.

Reddit sosial şəbəkəsinin istifadəçisi yemək bişirdiyi zaman, duman detektorunun sönülü olması haqqında xəbərdarlığı ağıllı səsgücləndirici smartfonuna göndərdi.

Adətən Google Home cihazları yalnız Ok, Google və ya Hey, Google kimi aktiv olma komandalarından sonra cavab verir. Ancaq bu funksiya ilə səsgücləndiricilər, aktiv olma komandaları verilmədən, hər zaman passiv səsləri dinləyir və Reddit istifadəçinin qeyd etdiyi kimi, “ağılsız duman detektorunu ağıllı edir”.

Digər istifadəçilər də qırılan şüşə, qabarcıq qablaşdırmadan çıxan partlama, hava kompressor çənində olan problemlərdən və digər səbələrdən yaranan yüksək tezlikli səslərlə (uca və bərk səslər) bağlı xəbərdarlıq aldıqlarını bildirdilər.

Google şirkətinin nümayəndəsi bu hadisə ilə əlaqədar qeyd etdi ki, səsgücləndiricinin proqram təminatının yenilənməsi səbəbindən bu funksiya təsadüfən aktiv edilibdir. Ancaq, hazırda bu problem artıq aradan qaldırılıb.

Təsadüfən aktiv olan funksiya istifadəçilərin təhlükəsizliyini daha yüksək səviyyədə təmin etsə belə, məxfiliyə qarşı ciddi təhlükə yaranacağı hesab edilir. Google şirkəti qətiyyətlə təkid edir ki, ağıllı səsgücləndiricinin ətraf mühiti dinləməsi üçün yeganə yol istifadəçilərin aktiv olma komandalarından istifadə etməkdir.

Hər hansı bir səbəblərə görə ətraf mühiti dinləyən sistemindən istifadə edən Google şirkəti gələcəkdə daha nə cür izləmə sistemlərini tətbiq edə biləcək kimi suallar yarana bilər. Üstəlik, bunun üçün yalnız çoxları tərəfindən oxunmayan məxfilik siyasətində yeni bir bənd əlavə etməklə istifadəçilərin təmkinli razılığını almaq kifayət edir.

Google, bunu edən yeganə şirkət deyil, 2018-ci ildə Amazon şirkəti, Echo səsgücləndiricisinə Alexa Guard adlı oxşar funksiya əlavə etdi. Şübhəli səsləri dinləməklə yanaşı, Alexa ağıllı assistenti hətta insanların pıçıltılı danışıqlarını belə eşitməyə çalışır və eşidən kimi səssiz reaksiya verir. Lakin, Alexa Guard funksiyası, istifadəçilər evlərindən çıxan zaman səslə komanda verdikdə aktiv, digər hallarda isə sönülü olmalıdır.

Google şirkəti birinci dəfə deyil ki, cihazlarında müştərilərinin xəbəri olmadan mikrofonu aktivləşdirir. 2019-cu ildə şirkətin Nest Secure siqnalizasiya sisteminə “gizli olaraq” mikrofon quraşdırır, yenə təsadüfən yaranan texniki səhvlər səbəbindən məhsulun veb səhifəsində bunun haqqında qeyd etməyi yaddan çıxarır.

Google şirkəti, bu özəlliyin heç vaxt gizli olmasını nəzərdə tutmadığını söylədi. Google, ağıllı assistenti vasitəsi ilə davamlı olaraq istifadəçilərini dinləməsi üçün istifadə ediləcək funksiya haqqında rəsmi elan verməlidir. Artıq istifadəçilərin çoxu, şirkətin onları və ətraf mühiti belə cihazlar vasitəsi ilə istədiyi vaxt dinləyə biləcəyinə inanırlar.

Recommended Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site is protected by reCAPTCHA and the Google Privacy Policy and Terms of Service apply.