Google Xəritələr daha rəngli və dəqiq təsvirlərlə göstəriləcək

Google, dünyanın hər bir məkanında təbii ehtiyatlar haqqında ətraflı məlumatları təqdim edərək Xəritə platformasını hamı tərəfində istifadə edilən platformaya çevirə bildi. Google şirkətinin verdiyi məlumata görə, yeni Google Xəritə yeniləməsi, ərazinin bitki örtüyü haqqında daha doğru təsəvvür əldə etmək üçün dünyanın təbii bölgələrini müəyyən rənglərə görə təsnif edəcəkdir. Təbii bölgələri müəyyənləşdirmək və HSV rəng modeli ilə rəngləmək üçün kosmik peyk görüntülərindən istifadə edilir. Bunun sayəsində ərazilər, təbii ehtiyatların növünə görə çox dəqiq olaraq müəyyən edilə bilər.

Məsələn, sıx meşələr üçün tünd yaşıl, kol və çalılar üçün açıq yaşıl, dənizlər və okeanlar üçün tünd mavi, çaylar və göllər üçün açıq mavi, quraqlı və səhra əraziləri sarı və s. kimi rənglərlə təsvir ediləcək. Bu rənglər bölgələrə səfərlərə də düzgün hazırlaşmağa imkan verir.

Üstəlik, bəzi inkişaf etmiş şəhərlərin küçələri də ətraflı şəkildə təsvir ediləcəkdir. London, San-Fransisko və Nyu-York şəhərlərində küçə və yolların dəqiq eni və quruluşu göstəriləcəkdir. Bundan əlavə, piyada keçidləri, qovşaqları və piyada səkiləri görünəcək.

Bütün bu yeniliklər, Google şirkətinin bildirdiyinə görə, şirkət tərəfindən dəstəklənən 220 ölkədə bu həftə başlayacaq güncələnmədə təqdim ediləcəkdir.

Recommended Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site is protected by reCAPTCHA and the Google Privacy Policy and Terms of Service apply.