İri şirkətlər Facebook-da reklam yerləşdirməkdən imtina edirlər

    Facebook tənqid atəşinə tutulub, bu da şirkətə böyük mənfi təsir göstərib. Xarici kütləvi mediada yayılan məlumatda bildirilir ki, Rakuten Viber şirkəti ilə “sənaye nəhəngi” arasında tərəfdaşlıq münasibətlərinə son qoyulub. Verizon, Hershey, Coca-Cola və digər şirkətlər də bu yaxınlarda Facebookla əməkdaşlığını dayandıracaqlarını bildiriblər.

    Əməkdaşlığın dəyandırılmasının bir neçə əsas səbəbləri qeyd olunur. Onlardan biri məzmun yoxlanışının yüksək keyfiyyətdə olmamasıdır. Eyni zamanda irqçiliyin təzahürlərinə qarşı, insanların bir-birinə, başqa xalqlara və dinlərə qarşı nifrətin yaradılması sahələrdə mübarizənin kifayət qədər aparılmaması qeyd olunur.

    Bloomberg şirkətinin verdiyi məlumata görə, Facebookla aparılan danışıqlar gözlənilən nəticəni vermədiyindən, ABŞ-da fəaliyyət göstərən İnstagram və Twitter kimi sosial şəbəkələrə də reklam verməkdən müvəqqəti olaraq imtina etmək niyyətindədir.

    Qeyd olunur ki, müxtəlif şirkətlər bir aydan altı aya qədər (2020-ci ilin sonuna qədər) reklamları dayandırmağı planlaşdırırlar. Məsələn, Unilever şirkəti qeyd edib ki, mövcud vəziyyətə monitorinq aparacaq, lazım gəldikdə isə, hazırda olan reklam siyasətinə yenidən baxacaq.

    Öz növbəsində, Mark Zukerberq söz verib ki, bundan sonra nifrət çağırışları ilə olan reklamların qarşısını alacaq, həmçinin şirkətin şərtlərini pozan məzmunların yayımlanmasına qadağa qoyacaq.

    Qeyd edək ki, şirkətin səhmlərinin dəyəri artıq 8,3%, şirkətin bazar dəyəri isə 56 milyard dollar düşüb.

    Recommended Articles

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    This site is protected by reCAPTCHA and the Google Privacy Policy and Terms of Service apply.