Modelyer tərəfindən hazırlanan işıq diodlu üz maskası

Koronavirus pandemiyasının əvvəllərində Lumen Couture modelyeri Çelsi Klukas (Chelsea Klukas), dostları üçün standart üz maskaları hazırlamağı planlaşdırırdı. Profilaktika Mərkəzləri virusun yayılmasının qarşısını almaq üçün əl ilə hazırlanan üz maskaları taxmağı tövsiyə edir.

Lumen Couture, müxtəlif qadın paltarları, gödəkçələr və kostyumlar daxil olmaqla moda geyimlərini təklif edir. Klukas, tədbirlərin ləğv olması və digər məhsulların satışının zəifliyi səbəbindən, hazırda tələbatda olan maskaların hazırlanmasına başladı. The Verge nəşri bildirir ki, o, üz maskalarını bir az daha maraqlı etmək üçün elektrik cihazlarından istifadə etmək qərarına gəldi.

Maska alan istifadəçilər, Klukasın adi müştərilərindən tamamilə fərqlənirlər və daha çox kişi müştərilər bu məhsula maraq göstərir. Müştərilərin əksəriyyəti özlərini modabaz saymırlar.

Maskanın üzərinə nazik işıq diodlu matris ekranı quraşdırılıb və istifadəçilər ekranda nəyin göstəriləcəyini tənzimləyə bilərlər. Misal üçün, xüsusi tətbiqdən istifadə edərək şəkillər və ya mətn ekranda göstərilə bilər.

Ekranın yuxarı və alt hissəsinə istifadə edilən parça vasitəsi ilə asan nəfəs almaq olur. Maskanı texniki komponentlərini istənilən vaxt çıxardaraq​ yumaq mümkündür və adi maska kimi də taxmaq olar. Məhsul batareya və qidalanma kabeli ilə təklif olunur.

Tətbiqə səslə mətn daxil etmək olar və bəzi istifadəçilər bundan sosial mesajlarını göstərmək üçün istifadə edirlər. Məsələn, “geri çəkil” və ya “2 metr” kimi mətnləri ekranda göstərmək olar. Çünki, maska taxıldıqda deyilənləri eşitmək daha çətindir.

Klukas, LED işıqlandırma komponentləri ilə təchiz olan geyim tərtibatının ən çətin tərəfi batareyaları gizlətmək olduğunu söylədi. Lumen Couture hazırladığı geyimlərdən ən çox satılanı maskalardır.

Məlumat üçün qeyd edək ki, bu maskanın qiyməti 95 dollardır. Amma moda həvəskarı deyilsinizsə, məhsulun brendli və ya məşhur moda dizaynerindən olması sizin üçün vacib deyilsə, Çin istehsalı olan oxşar maskasını 10-15 dollara əldə edə bilərsiniz.

Nerd.az

Recommended Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site is protected by reCAPTCHA and the Google Privacy Policy and Terms of Service apply.