NVIDIA, bazar dəyərində ilk dəfə olaraq Intel şirkətini qabaqladı

    Bloomberg məlumat verir ki, NVIDIA şirkətini bazar dəyərinin 248 milyard dollar olması ilə Intel şirkətini qabaqladı.

    NVIDIA şirkətinin səhmlərinin dəyəri və ümumi qazancı getdikcə artır. Burada əsas amil, məlumat mərkəzləri üçün yaradılan həllərə və süni intellekt tərəfində tapşırıqların yerinə yetirilməsinə bazarda olan tələbatların artmasıdır.

    Bunlar informasiya texnologiyası sahəsində nisbətən gənc istiqamətdir. Lakin pandemiya dövründə bir çox şirkət bu sahəyə böyük sərmayə qoymağa hazırdır. Çünki uzaqdan işləməyi təmin etmək üçün bulud infrastrukturunun gücünü artırmaq lazımdır. Müasir neyron şəbəkələri tibbi tədqiqatlar üçün və bazarın dəyişməsini proqnozlaşdırmaq üçün istifadə edilə bilər.

    Hal-hazırda, NVIDIA yalnız dəyər üzrə iki mikrosxem istehsalçısından geridə qalır: Tayvanda yerləşən TSMC (əksər smartfonlar və AMD cihazları üçün çipləri istehsal edir) və Samsung Electronics şirkətləri.

    2020-ci ilin yazında NVIDIA şirkəti, Ampere arxitekturasına əsaslanan A100 server sürətləndiricilərini təqdim etdi. Şirkət həmçinin süni intellekt sistemlərinin işləməsinə istifadə ediləcək serverlər və superkompüterlər üçün AMD EPYC mərkəzi prosessorlar əsasında qurulan DGX A100 adında hazır kompüterləri təklif edir.

    Ampere ailəsinin yeni üzvü olacaq GeForce RTX 30 oyun qrafik kartlarının elanı 2020-ci ilin payızında baş tutacaq.

    Recommended Articles

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    This site is protected by reCAPTCHA and the Google Privacy Policy and Terms of Service apply.