Playstation 5 çox böyük ölçülü konsoldur və səbəbi bu ola bilər…

    Sony şirkətinin istehsal etdiyi gələcək nəsil konsolu olan Playstation 5 (PS5), cari nəsil qara qutu konsol dizaynı əvəzinə, valehedici ağ və qara rəngli qövsvari formada olan yeni dizaynı ilə sözün yaxşı mənasında hamını təəccübləndirdi.

    Çox çəkmədən, oyunçular konsolun görünüşü ilə bağlı internet mem hazırlamağa başlasalar da, bəziləri gələcək nəsil konsolun ölçüsünün cari nəsl olan Playstation 4-dən, hətta ondan əvvəlki nəsl “kök” ləqəbli Playstation 3-dən də böyük olduğuna diqqət yetirdi.

    Sony şirkətin əməkdaşının sözünə görə, böyük ölçü cihazın qızmasının qarşısını almaq üçün vacibdir. Çünki yeni nəsil cihaz əməliyyat gücünə gəldikdə, xırdalığa getmir. PlayStation-ın “istifadəçi interfeysin” tərtibatı üzrə vitse-prezidenti Matt MacLaurindan konsolun həcmli ölçüsünün səbəbi haqqında soruşanda dedi: “Termallar. Bu “nəsil” balaca superkompüterdir”. 7nm prosessor heyrətamiz istilik xüsusiyyətlərinə sahib olsa belə, prosessorda olan güc həddindən artıq çoxdur.

    Bununla belə, böyük ölçünün başqa səbəbləri də ola bilər. İnternetə sızan patentə görə, Sony şirkətinin PS5 ilə işləyə bilən bir kartric  qurduğunu üzə çıxardır. Bəzi müşahidəçilər, kartricin yaddaş menecmentliyi üçün konsola daxil edilə biləcək xarici SSD disk olduğunu söylədilər. Ancaq bunun barəsində rəsmi söz yoxdur. Hətta PS5-in neçəyə satılacağı və ya çıxacaq oyunların tam siyahısı hələ də bilinmir, amma çox güman ki, üzümüzə gələn həftələrdə daha çox məlumatlar çıxacaq.

    Recommended Articles

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    This site is protected by reCAPTCHA and the Google Privacy Policy and Terms of Service apply.