PS5 konsolu PS4 aksesuarlarını dəstəkləyəcək

Sony şirkəti, aksesuarların PlayStation 5 konsollarında işləyəcəyi haqqında ətraflı məlumat verdi. Mövcud PS4 aksesuarların bəziləri PS5 konsolunda istifadəsi mümkün olsa da, oyunçular DualShock 4 nəzarət cihazının yeni nəsil konsollara uyğunluğu ilə daha çox maraqlanırlar. Müqayisə üçün qeyd edək ki, Xbox Series XXbox One nəzarətçiləri bir-biriləri ilə çox uyğundur, amma məlum oldu ki, DualSense uyğunluq baxımından öncəki nəsil nəzarətçilərdən çox fərqlənir.

Sony izah etdi ki, PS5 oyunları DualShock nəzarətçisi ilə uyğun olmayacaq, çünki onun fikrincə yeni nəsil oyunlar “yeni platformanın təqdim etdiyi yeni imkanlar və xüsusiyyətlərdən, o cümlədən DualSense simsiz idarəetmə imkanlarından faydalanmalıdır.”

PS4 DualShock və üçüncü tərəf lisenziyalı nəzarətçiləri PS5 konsolunda işləyəcək yalnız PS4 oyunları üçün istifadə etmək mümkün olacaq.

Bununla yanaşı, bəzi aksessuarlar yeni nəsil konsollarında işləyəcəkdir. PlayStation kameraları, PS VR istifadəçilərinə pulsuz təqdim ediləcək adapter vasitəsilə VR oyunları üçün dəstəklənəcək. Eyni şəkildə PS MovePS VR Aim nəzarətçiləri PS5 konsolunda VR oyunları ilə işləyəcəkdir. Bloqda ayrıca olaraq, lisenziyalı yarış sükanlarının, arkada və pilot coystiklərinin (oyun çubuqları), PlatinumGold simsiz qulaqlıqlarla yanaşı, USB və audio kabellə qoşulan hər hansı üçüncü tərəf qulaqlıqların da işləyəcəyini bildirir.

Recommended Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site is protected by reCAPTCHA and the Google Privacy Policy and Terms of Service apply.