Rusiya fırıldaqçıları elektron ticarət saytlarından istifadə edərək oğurlanmış kredit kartlarını yoxlayır

    Infosecurity Magazine nəşrinin verdiyi məlumata görə, fırıldaqçılıq əleyhinə işlər görən Sift şirkəti, oğurlanmış kredit kartlarının doğruluğunu elektron ticarət saytlarında yoxlayan Rusiya kökənli fırıldaqçı qrupunu aşkar edib.

    Cinayətkarlar hər gün minlərlə oğurlanmış kredit kart nömrələrini qara bazarlarda satınalırlar. Lakin belə kartların doğruluğunu yoxlamaq çox çətin işdir, çünki kartların etibarlı olmasını, bankları şübhələndirmədən yoxlamalıdırlar. Sift şirkəti, 2020-ci ilin ikinci kvartalı üçün nəşr etdiyi Rəqəmsal Güvən və Təhlükəsizlik Kataloqunda, Sövdələşmə Ayısı (Bargain Bear) ləqəbli bir rus qrupunun bu problemə yeni yanaşmasını açıqladı.

    Sövdələşmə Ayısının üzvləri qaranlıq vebdən (Darknet və ya Dark Web) oğurlanmış kredit kartlarının məlumatlarını alırlar. Növbəti addım isə fərqli elektron ticarət saytlarında 99 dollar dəyərində bir neçə saxta məhsulun satış səhifəsini yaratmaqdır. Daha sonra, öncədən sözləşərək sahib olduqları saxta məhsulları bir-birlərinə satmaq üçün “danışıqlar” aparırlar. Nəticədə bu “danışıqlar” saxta məhsulun qiymətinin bir dollara enməsinə gətirib çıxarır. Bir dollar kredit kartın doğruluğunu yoxlamaq üçün istifadə olunan standart məbləğdir.

    Ən sonunda, saxta alıcı oğurlanmış kredit kartından istifadə edərək saxta satıcıdan “endirim” qiymətinə saxta malı alır və beləliklə oğurlanmış kredit kartının doğruluğunu təsdiqləyir. Yalnız bundan sonra, həmin kredit kartlarla daha bahalı satınalma əməliyyatlarını həyata keçirirlər.

    Şübhəli ödəmə sxemlərini axtaran avtomatik sistemlərdən yayınmaq üçün qanuni yolları araşdıran Sövdələşmə Ayısının üzvləri, sonunda bu cür fırıldaqçı üsulla kartların doğruluğunu yoxlamaq məcburiyyətində qalıblar. Sift şirkəti, bu qrupun saxtakarlığını öyrəndikdən sonra, oxşar təcrübələri aşkar etmək üçün sistemlərini yeniləyib. Fırıldaqçılıq əlamətlərindən biri də, cinayətkarların yaratdıqları saxta alıcı və saxta satıcı hesablarının eyni IP ünvanından qeyd edilməsi ola bilər.

    Sift şirkəti bildirib ki, internet fırıldaqçılığı, COVİD-19 pandemiyası baş verən zamandan, xüsusi olaraq böyük problemə çevrilib. Cinayətkarlar tərəfindən yaradılmış saxta veb-səhifələr vasitəsi ilə edilən fırıldaqçılıq 109% artıb və bunun pandemiya ilə bağlı yaranan qeyri-müəyyənliklə əlaqəli olduğunu şirkət qeyd etdi.

    Recommended Articles

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    This site is protected by reCAPTCHA and the Google Privacy Policy and Terms of Service apply.