Samsung 2020 Unpacked tədbirindən ən maraqlı açıqlamalar

Samsung çoxdan gözlənilən Galaxy Note 20 Note 20 Ultra flaqman smartfonlarını, yeni Galaxy Tab S7 planşetini, Galaxy Watch 3 ağıllı saatını və Galaxy Buds Live simsiz qulaqlığını elan etdi. Ayrıca şirkət, qatlanan Galaxy Z Fold 2 smartfonunu elan etdi. Təqdimatdakı əsas məqamları sizə təqdim edirik.


Samsung yeni Galaxy Note 20 və Note 20 Ultra smartfonlarını təqdim etdi

Flaqman smartfonları Galaxy Note 20Note 20 Ultra güclü texniki xüsusiyyətlərə malikdir. Bu flaqmanların qiymətləri, Note 20 üçün 1000 dollardan, Note 20 Ultra üçün 1300 dollardan başlayır. Flaqman smartfonların hər ikisi 5G dəstəyi olan Snapdragon 865 Plus prosessoru ilə təchiz olunmuşdur. Smartfonlar, IP68 su və toz müqaviməti reytinqinə cavab verir və simsiz qidalanmanı dəstəkləyir. Lakin hər iki flaqman bir sıra əhəmiyyətli xüsusiyyətlərlə fərqlənir.

Galaxy Note20 smartfonunda 64 meqapiksellik, Galaxy Note20 Ultra smartfonunda isə 12 meqapiksellik 5x optik böyütmə xüsusiyyətli telefoto kameralarla təchiz olunmuşdur. Ultra modelində 108 meqapiksellik, adi modeldə isə 12 meqapiksellik geniş bucaqlı kameralar da quraşdırılıb. Daha bahalı Note 20 Ultra sürətli lazer avtofokusaOLED ekranına malikdir.


Samsung, orijinal Galaxy Fold qatlanan smartfonunun varisini elan etdi

Samsung şirkəti, orijinal Galaxy Fold qatlana bilən smartfonun varisini elan etdi. Galaxy Z Fold 2 bağlandıqda görünən xarici ekran əvvəlki modeldən daha böyükdür və ölçüsü 6,2 düymdür. Cihazı açarkən görünən əsas ekran 7.6 düymə qədər genişlənir.

Samsung nümayəndələri, cihazın daha davamlı olması üçün ümumi quruluşu gücləndirdiyini və rəzənin möhkəmləndirdiyini qeyd etdilər. Beləliklə yeni smartfonun birinci nəsil modelindən daha davamlı olacağı gözlənilir. Samsung, sentyabrın 1-də satış və qiymətlər barədə məlumat verəcəyini söylədi.


Samsung Galaxy Buds Live, səs-küy ləğv edən simsiz qulaqlıq

Rəsmi elandan bir müddət əvvəl sızan digər məhsul – Samsung Galaxy Buds Live, şirkətin ən son simsiz qulaqlığıdır. Kiçik lobya dənələrinə oxşayır və Galaxy Buds Plus qulaqlığından daha da kiçikdir. Qeyd etmək lazımdır ki, yeni cihaz aktiv səs-küyün ləğvi funksiyası daxil olmaqla daha inkişaf etmiş xüsusiyyətlərlə təchiz olunmuşdur. İstifadəçilər artıq, Samsung şirkətinin Buds Plus məhsulunu qabaqcıl texnologiyalı ən yaxşı simsiz qulaqlıq hesab edirlər. Samsung şirkəti, qulaqlığın bir neçə cihaza asanlıqla bağlamasını nümayiş etdirdi. Qeyd edək ki, bu xüsusiyyətlə Apple şirkətinin AirPods qulaqlığı məşhurdur.


Samsung nazik və daha bahalı olan Galaxy Watch 3 ağıllı saatını elan etdi

Şirkətin yeni məhsulu Galaxy Watch 3, əvvəlki Samsung modellərindən daha incə quruluşlu ağıllı saatdır və 1,4 düym ölçüsündə daha böyük ekrana sahibdir. Üstəlik, ən son Galaxy Watch saatı 70 dollar baha başa gəlir. Yeni saatlar 41 mm45 mm ölçülərdə olacaq.


120Hs yeniləmə sürətli ekrana və 5G dəstəyinə malik olan Galaxy Tab S7 planşeti

Samsung, Galaxy Tab S7 planşetini iki ölçüdə, 11 12.4 düymlük olacağını açıqladı. Hər iki planşet Android 10 əməliyyat sisteminin üzərində qurulan OneUI istifadəçi interfeysi, güclü Snapdragon 865 Plus prosessor və yeniləmə tezliyi 120Hs olan ekranla təchiz ediləcəkdir. Lakin, yalnız 12.4 düymlük model OLED ekrana sahibdir, daha kiçik ölçülü modeldə LCD ekranı olacaq.

Recommended Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site is protected by reCAPTCHA and the Google Privacy Policy and Terms of Service apply.