Samsung, IBM tərəfindən hazırlanmış prosessoru istehsal edəcək

IBM şirkəti verilənlər-mərkəzləri üçün, əvvəlki nəsil texnologiyadan üç dəfə artıq məhsuldarlığı təmin edəcək yeni prosessor çipini elan etdi. Power10 çipini Samsung Electronics Co Ltd istehsal edəcək.

Power10 mikrosxemin istehsalı zamanı, Tayvan Semiconductor Manufacturing Co Ltd tərəfindən hazırlanmış AMD şirkətinin 7nm çiptexnologiyası ilə memarlıq baxımından eyni olan, Samsung şirkətinin 7nm çip istehsal prosesindən istifadə ediləcək.

IBMAMD şirkətləri, Intel ilə rəqabət aparmaq üçün kənar mikrosxem zavodlarının xidmətlərindən istifadə edirlər. Həm özü hazırlayan, həm də özü istehsal edən bir neçə bazar iştirakçılarından biri olan Intel şirkəti, verilənlər-mərkəzləri üçün mərkəzi proseslərin əsas tədarükçüsüdür.

Analitiklər, bu yaxınlarda Intel şirkətinin yeni çip istehsalında baş verən və nəticədə rəqiblərinin bazar paylarının artmasına imkan verəcək gecikmələrin olduğunu söylədi.

IBM uzun müddət ərzində yüksək məhsuldarlı hesablama sistemlərinə diqqət yetirir. Dünyanın ən sürətli superkompüterlərinin 30% -i şirkətin mikrosxemlərindən istifadə edir. Şirkət bildirib ki, Power10 çipini, əvvəlki nəsil ilə müqayisədə daha sürətli süni intellekt hesablamasını nəzərə almaqla hazırlayıb və bu mikrosxem vasitəsi ilə görülən əməliyyatlar 20 dəfə daha sürətli aparılacaq.

Recommended Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site is protected by reCAPTCHA and the Google Privacy Policy and Terms of Service apply.