2020-ci ilin ilk rübündə, smartfon batareyalarının dünya bazarının ümumi dəyəri 1,5 milyard dollara çatdı. Belə nəticəyə, bu yaxınlarda müvafiq hesabat hazırlayan Strategy Analytics şirkətinin mütəxəssisləri gəldi.
Hesabata görə, 2020-ci ilin birinci rübündə smartfonlar üçün batareyalar bazarı keçən ilin analoji dövrü ilə müqayisədə 5% artdı. TDK-ya məxsus olan Amperex Technology Ltd (ATL) bazarda liderliyini qorudu. Bu istehsalçı bazarın 36,5%-ni tutur. Onu LG Chem və Samsung SDI izləyir. 2020-ci ilin birinci rübündə bu üç təchizatçı, smartfonlar üçün batareyaların dünya bazarında bütün gəlirlərin demək olar ki, 82%-ni aldı.

Analitiklər hesab edirlər ki, bu il smartfonlar üçün batareyaların satışına, COVID-19 pandemiyası səbəbindən smartfonların istehsalı və bazardakı pozuntular təsir göstərəcək.