Sony, PS5 ilə inteqrasiya olan yeni televizor xəttini təqdim edir

PlayStation 5 üçün hazır olan (Ready for PlayStation 5) xəttinin ilk iki televizor modeli bazarda artıq mövcuddur. Qiymətləri 1000 dollardan başlayaraq XH90 4K HDR Full Array LED və 6000 dollardan başlayaraq ZH8 8K HDR Full Array LED televizorları mağazalarda artıq satışa buraxılmışdır.

Oyun üçün spesifik xüsusiyyətlərindən əlavə, hər iki televizor Bravia Oyun Rejimi (Bravia Game Mode) ilə təchiz olunmuşdur. Bu xüsusiyyət, PS5 konsolunda avtomatik olaraq minimal ləngimə ilə oyun oynamağa imkan verir. DualShock 5 nəzarətçinin düyməsini basaraq PS5televizorları eyni zamanda işə salmaq və standart televizor uzaqdan idarəetmə pultundan istifadə edərək konsolu idarə etmək olar. Misal üçün, konsolda qurulmuş Netflix tətbiqini televizor pultu ilə tez şəkildə işə salmaq və idarə etmək daha rahat olacaq.

Sony qeyd edir ki, hər iki televizorda dəstəklənən oyunlar 120 kadr sürətlə göstərilə bilər və hətta XH90 modelində görüntüdə ləngimə 7.2ms olacaq. Əlavə olaraq ZH8 modeli sizə 8K qətnaməsi ilə oyun oynamağa imkan verəcəkdir. PS5 oyunlarının bu meqa-yüksək qətnaməni nə qədər dəstəkləyəcəyi bilinmir, lakin belə özəlliyə sahib olmağı istifadəçilərin ürəyincə olacaq.

Sony, növbəti nəsil PlayStation 5 konsolunu bu televizorlarla oynamağa tövsiyə etməyinə baxmayaraq, konsol digər adi televizorları da dəstəkləyəcək. Sadəcə yeni televizorlar qədər konsolla sıx inteqrasiya əldə edilməyəcək.

Recommended Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site is protected by reCAPTCHA and the Google Privacy Policy and Terms of Service apply.