Sony şirkəti PlayStation 5-in satış qiymətini və satış tarixini açıqlayacaq

    Analitik Robert Seranonun (Roberto Serrano) sözlərinə əsaslanan mənbəyə görə, Sony şirkətinin bu yaxınlarda PlayStation 5 konsolunun satış qiymətini rəsmi olaraq elan etməsini Microsoft şirkəti səbirsizliklə gözləyir.  Çünki, Microsoft şirkəti cavab olaraq əhəmiyyətli marketinq zərbəsini vurmağa planlaşdırır.

    Gələcək nəsil Xbox cihazları, yəni yuxarı konfiqurasiyalı Xbox Series X və aşağı konfiqurasiyalı Xbox Series S qurğuları bazarın həm yuxarı, həm də aşağı qiymət təbəqlərində yer tutacaq. Sony şirkətinin PlayStation 5PlayStation 5 Digital Edition qurğuları isə yalnız bazarın yuxarı qiymət təbəqəsində yerləşəcək.

    Analitik qeyd edir ki, Sony şirkəti, konsolların qiymətini qarşıda gələn həftənin əvvəlində – 13 iyulda elan edəcək. Eyni zamanda, konsolların satış və öncədən sifariş tarixləri barəsində də məlumat veriləcək.

    Təsdiqlənməmiş məlumatlara əsasən, Xbox Series XSeries S konsolları noyabrın 19-da, PlayStation 5 cihazı isə Noyabrın 27-də mağazalarda satılmağa başlayacaq.

    PlayStation 5 üçün tələb olunan məbləğ 500 dollar, PlayStation 5 Digital Edition (optik sürücüsüz) konsolunun qiyməti isə 400 dollar olacaq. Lakin Xbox Series X konsolun satış qiyməti 450 dollar, Xbox Series S konsolunun qiyməti isə daha da ucuz – təqribən 200-250 dollar arasında təyin olunacaq. Bu halda Microsoft şirkətinin təklifi Sony şirkətinin təklifindən daha ucuz olacaq.

    Recommended Articles

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    This site is protected by reCAPTCHA and the Google Privacy Policy and Terms of Service apply.